20 C
Baku
Sunday, April 14, 2024

Proqramlaşdırma departamentində Mobil proqram üzrə tərtibatçı (iOS) – Yelo Bank

0
Proqramlaşdırma departamentində Mobil proqram üzrə tərtibatçı (iOS) – Yelo Bank
Bakı
15.07.2021

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Proqramlaşdırma departamentində Mobil proqram üzrə tərtibatçı (iOS)” vakansiyasını elan edirik.
Vəzifə öhdəlikləri:

•    Mobil platformaların hazırlanması və modifikasiyası;
•    Mobil bank və informasiya sistemləri üçün layihə müşayəti;
•    Test tapşırıqların hazırlanması və testlərdə iştirak;
•    Layihələrin icrası prosesində yaranan problemlərin vaxtında həll edilməsi;
•    Mobil bankinqin iş qabiliyyətinin monitorinqi və dəstəklənməsi.

Tələblər:

•    Swift 3+ (Objective-C biliyi arzuolunandır ) istifadə edərək mobil tətbiqetmələrin yazılması üzrə ən azı 2 il iş təcrübəsi;
•    Keyfiyyətli kodlaşdırma təcrübəsi;
•    Müştəri-server tətbiqlərinin yazılması sahəsində təcrübə, REST, JSON işləmə prinsipləri barədə anlayış;
•    Git ilə işləmə bacarığı, Git-Flow bilikləri;
•    Peşəkar və sürətli inkişaf arzusu;
•    Testlərin yazılma bacarığı arzuolunandır.
•    Komandada işləmə təcrübəsi arzuolunandır.

Biz Sizə nə təklif edirik:

•    Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
•    Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
•    Könüllü tibbi sığorta proqramına qoşulma;
•    Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Siz elektron poçtun “mövzu” yerinə “iOS Developer” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi, İT