Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Proqramlaşdırma departamentində Core Banking Developer” vakansiyasını elan edirik.
Vəzifə öhdəlikləri:
• Proqram təminatının hazırlanması və düzəlişlərin edilməsi;
• Proqram təminatında yaranan xətaların aradan qaldırılması;
• Mütəmadi olaraq işlərin idarəetmə sistemi vasitəsilə daxil olan işlərin nəzərdən keçirilməsi;
• Proqram təminatı ilə əlaqəli sorğuların cavablandırılması;
• Proqram təminatının inkişafının və prosseslərinin optimallaşdırılmasının təmin edilməsi;
• Cavabdeh olduğu iş sahələri üzrə muvafiq hesabatların hazırlanması.
Tələblər:
• Sahə üzrə ən azı 3 il iş təcrübəsi
• Proqramlaşmanı dərindən başa düşmək və sərbəst alqoritm yazma bacarığı;
• Bank sistemi haqqında anlayışın olması (GNI bilikləri arzuolunandır);
• Oracle, PostgreSQL, PL/SQL bilikləri;
• Oracle APEX bilikləri;
• Linux bilikləri, NGINX və Apache kimi serverlərdən anlayışı olmaq;
• Optimal SQL sorğuları, oxuna bilinən kod yazmağı bacarmaq;
• RESTful bilikləri;
• GIT ilə işləyə bilmək;
Biz Sizə nə təklif edirik:
• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
• Könüllü tibbi sığorta proqramına qoşulma;
• Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Siz elektron poçtun “mövzu” yerinə “Core Banking Developer” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |