Proqramlaşdırma sahəsində təcrübə – METAK

    0

    Posted 2 həftə ago

    Öz fəaliyyətinə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların ölkəyə idxalı və daxili bazarda satışı ilə məşğul olan şirkətimizin adı artıq bütün ölkədə nüfuz qazanmışdır. Şirkətin istehsal sexlərində 2000-ci ildən müxtəlif metallardan döymə məmulatları hazırlanmağa, 2003-cü ildən polad boru kəməri elementləri (dirsək və keçidlər), 2005-ci ildən isə müxtəlif təyinatlı tikinti-quraşdırma işləri üçün nəzərdə tutulan tikinti ayaqaltıları və dirəkləri istehsal olunmağa başlanmışdır. Həmçinin, 2005-ci ildən bazar tələbatını nəzərə alaraq, yüksək keyfiyyətli polipropilendən hazırlanan və öz sərfəliliyi və uzunömürlülüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq. METAK şirkətinin nüfuzunu həm istehsal etdiyi mallara ölkə miqyasında olan tələbatdan, həm də Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və digər MDB bazarlarında dünya üzrə aparıcı istehsalçılarla uğurla apardığı rəqabətdən də aydın görmək olar. Hal-hazırda METAK brendi altında alıcılara 2500-ə yaxın məhsul çeşidi təklif olunur. 2017-ci ildə METAK 20 illik yubileyini qeyd etmişdir və 800 nəfərlik əməksevər kollektivi ilə yeni parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur.

    Proqramlaşdırma sahəsində təcrübə


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.

    “METAK” MMC Ali məktəb məzunlara və sonuncu kurs tələbələrinə Proqramlaşdırma sahəsində iş təcrübəsi qazanmağa imkan yaradır!

    Gənclərə təcrübə keçməklə yanaşı proqramlaşdırma sahəsində praktiki bacarıqlara yiyələnmək, daxili təlimlərdə iştirak etmək, peşəkarlarla birgə çalışmaq şansı verilir.

    Təcrübə proqramını uğurla bitirən gənclər şirkətdə işlə təmin olunma imkanı əldə edəcəklər.

    Tələblər:

    • Ali təhsil (Texniki və ya Riyaziyyat);
    • Proqramlaşdırma dillərini öyrənməyə həvəsli:
    • ERP texnologiyalarına maraq duyan;
    • Analitik düşünmə qabilliyəti olan;
    • Komanda şəklində çalışmağa üstünlük verən;
    • Rus və ingilis dillərini bilən.

    Əlavə şərtlər:

    • Yarım iş günü (part-time);
    • Kompleks nahar yeməyi;
    • Korporativ avtobus servisi;
    • Təcrübə proqramı ödənilir.

    Maraqlananlar şəxslər rəsmi saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume/resume.php?vid=144 və ya cv@metak.az ünvanına CV göndərərək, 08.12.2019 – cu il tarixinə kimi müraciət edə bilərlər.

    Job Features

    Job CategoryDigər şirkətlər, Təcrübə proqramları

    Apply Online