11 C
Baku
Saturday, November 16, 2024

Proqramlaşdırma şöbəsi/Mütəxəssis (Terrasoft Creatio/BPM online) – Yelo Bank

0
Proqramlaşdırma şöbəsi/Mütəxəssis (Terrasoft Creatio/BPM online) – Yelo Bank
Bakı
20.08.2020

İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.

Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz hərəkətlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Proqramlaşdırma şöbəsi / Mütəxəssis (Terrasoft Creatio / BPM online) platforması üzrə tərtibatçı) – Developer” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “Developer” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərlər.

Proqramlaşdırma Departamenti
Proqramlaşdırma şöbəsi / Mütəxəssis (Terrasoft Creatio / BPM online) platforması üzrə tərtibatçı) – Developer

Vəzifə öhdəlikləri:

• Tərtibatçı olaraq Terrasoft Creatio (bpm’online) platformasının inkişafında iştirak;
• CRM sisteminin yeni modullarının işlənməsi və mövcudların yenidən işlənməsi;
• Sistem rəhbərliyi, o cümlədən: istifadəçilərin qurulması, məlumatların izlənməsi və düzəldilməsi, məhsul versiyalarının uyğunluğuna nəzarət;
• Sistem istifadəçiləri üçün texniki dəstək;
• Həll edilmiş məsələlər üçün dəstək;
• Sistem analitiki ilə qarşılıqlı əlaqə;
• Sistem interfeyslərini şirkətin biznes-bölmələrinin tələblərinə uyğunlaşdırmaq və yeniləmək;
• Sistemdə yeni funksiyaların, bölmələrin, arayış kitabçalarının, çap formalarının yenidən işlənib yekunlaşdırılması.

Tələblər:

• Bankın dəyərlərinə uyğun işlərin təşkili;
• Terrasoft Creatio / BPM’online platforması üzrə bilik və iş təcrübəsi arzuolunandır;
• C# dili üzrə dərin biliklər;
• JavaScript, HTML, CSS, SQL üzrə biliklər;
• Sistemlər arasındakı inteqrasiyanı dizayn və inkişaf etdirmə üzrə iş təcrübəsi;
• Fərqli kodları anlama bacarığı;
• Mürəkkəb problemləri həll etmək və nəticə əldə etmək istəyi və bacarığı;
• Proqram təminatı və proqram həllərinin tətbiqi sahəsində inkişaf etmək istəyi;
• Bank işi haqqında bilik;
• Analitik düşüncə, komanda işləmə bacarığı, iş intizamı;
• Layihə tapşırıqlarının müstəqil həllində (back-end, front-end) iş təcrübəsi arzuolunandır.

Biz Sizə nə təklif edirik:

• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
• Sınaq müddətini uğurla tamamladıqdan sonra Könüllü tibbi sığorta proqramına qoşulma;
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun işə qəbul və iş qrafiki.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi