Vakansiya haqqında məlumat:
Struktur bölmə: İnformasiya texnologiyaları departamenti, Proqramlaşdırma şöbəsi
Vəzifə: Proqramlaşdırma şöbəsinin baş mütəxəssisi
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi): 09:00-18:00
Son müraciət tarixi: 30 may 2020-ci il
Əsas vəzifə öhdəlikləri:
1. Avtomatlaşmış test proqramlarının tətbiqi, sazlanması, ssenarilərin və triqqerlərin qurulması, (CI/CD -yə uyğun prosesin tətbiqi);
2. Test planlarının hazırlanması / nəzərdən keçirilməsi;
3. Avtomatlaşmış proseslərin testlərinin həyata keçirilməsi;
4. Test edilən zaman tapılan qüsurların (Bugs) hesabatlarının hazırlanması;
5. Test ssenariləri üzrə hesabatlarının hazırlanması;
6. Test prosesinin tənzimləməsi üçün komanda ilə birlikdə sənədlərin (proses, prosedur və qaydaların) hazırlanması və mütəmadi olaraq onların yenilənməsinə nəzarət etmək.
Namizədə olan tələblər:
İş təcrübəsi: İnformasiya texnologiyaları sahəsi üzrə ən azı 2 il iş təcrübəsi;
Təhsili/ixtisası: İnformasiya texnologiyaları, riyaziyyat, kibernetika sahələri üzrə ali təhsil;
Dil bilikləri: Azərbaycan dili: əla, Rus dili: orta, İngilis dili: orta;
Kompüter bilikləri: Net Core Mvc: orta, HTML: orta, MSSQL(T-SQL): orta;
Üstünlüklər: Avtomatlaşdırılmış test monitorinq sistemlərindən istifadə təcrübəsinin, SQL biliklərinin və AspNet Core üzrə müəyyən biliklərin olması;
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, geniş perspektiv, dəyişikliklərə uyğunlaşma.
İmtiyazlar:
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az (+994 12) 942
Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək “Proqramlaşdırma şöbəsinin baş mütəxəssisi” vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |