TuranBank ASC üzrə vakant vəzifəni Sizə təqdim edirik.
Proqramlaşdırma şöbəsinin müdiri
Əmək haqqı: 3500 – 4000 AZN
Vəzifə öhdəlikləri:
– Yeni proqram təminatlarının hazırlanmasının təşkili
– Proqramçılardan ibarət komandanın ümumi istiqamətləndirilməsi
– Bank sistemləri və rəqəmsal bankçılıq istiqamətlərində layihələrin idarə edilməsi
– Mövcud proqram təminatlarının təkmilləşdirilməsi üzrə idarəetmənin təşkili
– Müxtəlif partnyor şirkətlərlə birlikdə texnoloji inteqrasiyalar zamanı idarəetmənin həyata keçirilməsi
İş rejimi: həftənin 5 günü, (09-30 – 18:30) yaxud (09-00-18:00)
Namizədə tələblər:
– Müvafiq sahədə ali təhsil (tətbiqi riyaziyyat, informatika, kompüter elmləri və s.)
– Yaş həddi: 25 – 45
– Azərbaycan dilində səlis danışıq , İngilis dili (texniki səviyyədə)
– Güclü alqoritm tərtib etmə bacarığı və məntiq
– Relyasiyalı verilənlər bazalarında optimal strukturlar qurmaq vərdişləri
– Java, PL/SQL, SQL dilləri üzrə yüksək bilik və iş təcrübəsi.
– Spring Boot, veb servislər (SOAP, REST) üzrə bilik iş təcrübəsi
– GİT üzrə biliklər və iş təcrübəsi
– Oracle və MongoDB verilənlər bazası ilə iş təcrübəsi
– Agile/Scrum metodologiyası üzrə təcrübə
– Məsuliyətlilik, diqqətlilik, operativlik
– Proqramlaşdırma üzrə minimum 5 il iş təcrübəsi (ən azı 3 il bank sahəsi və ya oxşar sahədə olmaqla).
– Bank sahəsində təcrübəyə üstünlük verilir
QEYD: Anketlərinizi [email protected] ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən Mövzu hissəsinə “Head of software development” yazmağı unutmayın.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |