12 C
Baku
Thursday, December 4, 2025

Protokol üzrə mütəxəssis – Kənd Təsərrüfatı Nazirliyi

0
Protokol üzrə mütəxəssis – Kənd Təsərrüfatı Nazirliyi
Bakı
20.11.2025

Vakansiyanın təsviri

  • Rəsmi görüşlər, tədbirlər, müşavirələr və digər tədbirlərin təşkili və protokol qaydalarına uyğun keçirilməsini təmin etmək;
  • Qonaqların qəbulu, qarşılanması, yerləşdirilməsi və müşayiət olunması prosesini planlaşdırmaq və əlaqələndirmək;
  • Xarici nümayəndə heyətləri ilə yazışmaların, rəsmi məktubların hazırlanmasında iştirak etmək;
  • Dövlət bayramları, anım günləri, yubileylər və digər rəsmi tədbirlərlə bağlı protokol tədbirlərinin keçirilməsini təmin etmək;
  • Qurumun rəhbərliyinin iştirak etdiyi daxili və xarici səfərlərə hazırlıq işlərinin görülməsini təmin etmək, həmin səfərlərdə  protokol xidmətini həyata keçirmək;
  • Tədbirlərdə istifadə&n

Xüsusi tələblər

  • Təhsil: ali təhsil (beynəlxalq münasibətlər, beynəlxalq hüquq, regionşünaslıq, dövlət və ictimai münasibətlər üzrə ali təhsil);
  • Staj: müvafiq sahə üzrə 1 ildən az olmayaraq əmək stajı;
  • Xarici dil: ingilis dili səlis, rus dili yaxşı səviyyədə;
  • Dövlət protokolu qaydaları, etik davranış normaları və rəsmi tədbirlərin keçirilməsi prinsipləri haqqında biliklər;
  • Tədbir və səfərlərin təşkilinə dair inzibati prosedurlar və planlaşdırma bacarığı;
  • Əlaqələrin idarə edilməsi və koordinasiya bacarığı (xarici nümayəndəliklər, dövlət qurumları və tərəfdaş təşkilatlarla işləmək üçün);
  • İşgüzar yazışmaların aparılması bacarığı
  • Detallara diqqət yetirmə və məlumatların dəqiqliyinə fokuslanma bacarığı;
  • Ünsiyyət, komanda ilə işləmə bacarığı.
  • Çeviklik, təşkilatçılıq, problem həll etmə bacarığı
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları