Bakı
10.02.2021
Qəza eksperti tələb olunur.
Namizədə tələblər:
Təhsil: Ali;
Dil bilikləri: Azərbaycan və rus dili
Sürücülük vəsiqəsi B kateqoriyası.
Əsas vəzifə və öhdəlikləri:
Baş vermiş sığorta hadisəsi yerinə çıxış;
Baş vermiş sığorta hadisəsinin yerində araşdırılması;
Zəruri sənəd və sübutların toplanması;
Tələb olan hallarda sürücü və ya sığorta obyektini istifadə edən şəxsin tibbi müayinədən keçməsini təşkil etməsi, müayinədə iştirak etməsi və müvafiq qeydlərin aparılması;
Gündəlik olaraq sığorta hadisələrinin uçotunun aparılması;
Vəzifə funksiyalarından irəli gələn digər işlərin həyata keçirilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini [email protected] elektron ünvanına mövzu olaraq vakansiyanın adını qeyd edib göndərə bilərlər.
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |