15 C
Baku
Friday, November 15, 2024

Qəza komissarları şöbəsinin rəhbəri – PAŞA Sığorta

0
Qəza komissarları şöbəsinin rəhbəri – PAŞA Sığorta
Bakı
21.08.2020

“PAŞA Sığorta” ASC namizədləri Qəza komissarları şöbəsinin rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Sığorta hadisələri üzrə iddiaların tam və düzgün tənzimlənməsi prosesinə nəzarətin təmin edilməsi;
• Sığorta hadisələri barədə gündəlik məlumatların əldə edilməsi və prosesin tənzimlənməsi;
• Sığorta iddiaları prosesində mübahisə yaradan məqamlarda sığortalı və onların nümayəndələrini qəbul edərək tərəflər arasında imzalanmış müqavilə əsasında mübahisəli məqamları araşdıraraq tənzimlənməsi;
• Tabeçiliyində olan əməkdaşlardan sığorta hadisələri barədə gündəlik məlumatların əldə edilməsi və prosesin tənzimlənməsi;
• Şöbə əməkdaşlarının icraatında olan işlərə ümumi nəzarətin həyata keçirilməsi;
• Şöbənin ümumi işində nöqsanların aradan qaldırılmasına nəzarət edilməsi;
• Qeydiyyata alınmış işlərin araşdırılması və mümkün sığorta dələduzluğu faktlarının ortaya çıxarılması prosesinə birbaşa nəzarət edilməsi;
• Sığorta dələduzluğu faktı aşkarlandığı təqdirdə məlumatın birbaşa departament rəhbərinə və müvafiq departamentin əməkdaşlarına ötürülməsi;
• Hadisə barəsində məlumatı birbaşa və ya dolayı yolla əldə etdikdən dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində hadisənin tənzimlənməsi prosesinin həyata keçirilməsi;
• Aylıq olaraq sığorta hadisələri üzrə hesabatı və digər hesabatları rəhbərliyə təqdim etmək;
• Səlahiyyətli dövlət orqanları və digər qurumlar ilə danışıq və kommunikasiyaların qurulması;
• Birbaşa rəhbərin digər tapşırıqlarınının yerinə yetirilməsi.

BİLİKLƏR

• Ali təhsil;
• Şirkətdə fəaliyyətdə olan sığorta qaydalarını bilmək;
• YNH haqqında bilik, avtomobil hissələrinin bazar dəyəri, servis xidmətləri, Yol Hərəkəti Qaydaları biliyi və avtomobil mexanizmi haqqında texniki bilik;
• Dil bilikləri: Azərbaycan və rus dillərini sərbəst istifadə etmə bacarığı, ingilis dilinin işlək səviyyədə olması.

TƏCRÜBƏ

• İdarəetmə sahəsində və həmçinin sığorta sahəsində 3 il iş təcrübəsi.

BACARIQLAR

• Ünsiyyət qurmaq bacarığı;
• Problemlərin həlli bacarığı;
• Komanda ilə işləmək bacarığı,
• Liderlik;
• Əməkdaşları daha yaradıcı işə təlqin etmək;
• Müştərilərlə iş üsulları biliyi.

Son müraciət tarixi: 15 sentyabr, 2020-ci il

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

İşin aid olduğu sahə

KateqoriyaSığorta