11.01.2023
Vakansiyanın təsviri
- Qeyri kredit məhsullarının satışının təşkili;
- Hədəflərin yerinə yetirilməsinə nəzarət olunması və monitorinqlərin aparılması satışın artırılmasına dair təkliflərin hazırlanması;
- Satış üsullarının ön ofis əməkdaşlarına çatdırılması;
- Ön ofis əməkdaşların və şöbə daxili əməkdaşların seçilməsi işə qəbul olunması,yerləşdirilməsi və ya işdən azad olunması onların motivasiya edilməsi qaydalarının hazırlanması;
- Ön ofis əməkdaşların və şöbə daxili əməkdaşlın müraciətlərin AR qanunvericiliyin, o cümlədən Mərkəzi Bankın normativ xarakterli aktlarına və bankdaxili normativ sənədlərin tələblərinə uyğun cavablandırılması;
- Qeyri-kredit məhsulları üzrə hesabatların hazırlanması;
- Kurasiya etdiyi filial əməkdaşların (kassa, əməliyyat, müştəri məsləhətçisi) məzuniyyət və yerdəyişmələrinin planlaşdırılması;
- Qeyri-kredit məhsullarının inkişafı, satışı və iş prosesinin təşkili üzrə aidiyyatı struktur bölmələrlə əlaqələrin qurulması;
- Bankın digər struktur bölmələrindən şöbəyə daxil olmuş sorğuların cavablandırılması;
- Ön ofis üzrə İşə qəbul olunan təcrübəçilərə mentorluq dəstəyinin göstərilməsi.
Xüsusi tələblər
- Ali təhsil;
- Bankda müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
- Analitik təhliletmə qabiliyyəti;
- İşgüzar ünsiyyət qurmaq, komanda tərkibində işləmək və inandırmaq bacarığı;
- Cavabdeh olduğu sahəyə rəhbərlik etmə bacarığı;
- Azərbaycan və Rus dillərini mükəmməl səviyyədə bilməsi (İngilis dili arzu olunandır);
- MS Office proqramlarından sərbəst istifadə bacarığı;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə malik olması.
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi, Menecer |