Pərakəndə biznesi problemli aktivləri ilə iş idarəsinin Qeyri-profilli aktivlərin təhlili, hesabatlığı və işi üzrə şöbəsinin müdiri
Tələblər:
- iqtisadiyyat və maliyyə sahəsində ali təhsil;
- analoji vəzifədə azı 2 illik iş təcrübəsi;
- analitik qabiliyyət, böyük məlumat bazası ilə operativ və diqqətlə işləmək bacarığı;
- “Banklar haqqında” qanununa, həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankı və Maliyyə Bazarlarına Nəzarət Palatasının normativ xarakterli aktlarına bələd olmaq;
- rus və Azərbaycan dillərində səlis danışmaq, bu dillərdə işgüzar yazışma aparmaq bacarığı;
- MS Office: Word, Excel, SQL, Power Point proqramlarını yüksək səviyyədə bilmək;
- məsuliyyətlilik, operativlik, ünsiyyətcil olma və komandana işləmək bacarığı.
Vəzifələr:
Şöbənin işinə rəhbərlik (o cümlədən fəaliyyətin planlaşdırılması), işdəki nöqsanların və pozuntuların aradan qaldırılması üzrə tədbirlər kompleksinin işlənib hazırlanması;
şöbənin işindəki məhsullar üzrə hesabatlığın tərtib edilməsi, nəticələrin təhlili, hesabatlığın yeni formalarının hazırlanması;
gecikdirilmiş borcun toplanması və tutulması strategiyaları üzrə biznes-proseslərin səmərəliliyinin hesablanması və onların səmərəliliyinin yüksəldilməsi üzrə tövsiyələrin formalaşdırılması;
yeni / optimallaşdırılmış biznes-proseslər üçün tələb olunan istifadədə olan proqram təminatının və sistemlərin tamamlanması/sazlanmasına başlanılması;
gecikdirilmiş borc portfelinin işin məhkəmə mərhələsinə ötürülməsi işinin təşkili;
Bankın balansına qəbul edilmiş əmlakın satılması prosesinin təşkili;
geri qaytarılması ümidsiz ssudaların silinməsi posedurunun başlanılması;
maliyyə modelləşdirilməsi və idarəetmə modellərinin qurulması;
dəyişikliklərin idarə olunması;
Bölmənin vəzifə və funksiyalarından irəli gələn digər vəzifələrin yerinə yetirilməsi.
Tələblərə uyğun namizədlərdən şəxsi anket formasını [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).
İşin aid olduğu sahə
Kateqoriya | Mühasibatlıq və Maliyyə |