11 C
Baku
Cümə, Dekabr 3, 2021

Rəqəmsal marketinq şöbəsində mütəxəssis – Yelo Bank

0
Rəqəmsal marketinq şöbəsində mütəxəssis – Yelo Bank
Bakı
13.09.2021

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Brendin idarəedilməsi departamentində Rəqəmsal marketinq şöbəsində mütəxəssis” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “Rəqəmsal marketinq_Mütəxəssis” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az

Struktur: Brendin idarəedilməsi departamentində Rəqəmsal marketinq şöbəsi
Vəzifə: Mütəxəssis
Bilavasitə tabeçiliyi: Şöbə meneceri və/və ya departament direktoru

Vəzifə öhdəlikləri:

– Məhsullar üzrə veb əsaslı mövcud layihələrin aparılması və yeni təkliflərin verilməsi;
– SEO/SEM, e-mail, sosial media və görüntülü reklam kampaniyaları ilə iş;
– Düzgün hədəf auditoriyalarının təyin olunması;
– Google Analytics, Tag Manager, Data Studio, Yandex Metrica və digər analitik vasitələrlə iş;
– Müxtəlif onlayn platformalar arasında koordinasiyanın təşkili və istifadəçi davranışı baxımından ortaq strategiyaların hazırlanması;
– A/B testlərin edilməsi və nəticələrin analizi;
– Lead-generation məqsədli optimizasiyaları aparılması;
– Bankın rəqəmsal marketinq layihələri ilə bağlı digər struktur bölmələr və vendor şirkətlərlə qarşılıqlı əməkdaşlıq;
– Bazar trendlərinin, yeniliklərin izlənilməsi və onların işdə tətbiqi.

Tələblər:

– Rəqəmsal marketinq sahəsində minimum 2 il iş təcrübəsi;
– MS Office proqramlarını yaxşı səviyyədə bilmək;
– Xarici dil biliklərinin (Rus, İngilis) olması arzuolunandır;
– Analitik və kreativ düşünmə bacarığı;
– Fərdi və komandada işləmək bacarığı;
– Planlama və strateji yanaşma bacarığı.

Biz Sizə nə təklif edirik:

– Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
– Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
– Könüllü tibbi sığorta proqramına qoşulma;
– Müasir idarəetmə sistemi və mehriban kollektiv.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi
X