10 C
Baku
Monday, November 25, 2024

Rəqəmsal bankçılıq üzrə analitik – Bank Respublika ASC

0
Rəqəmsal bankçılıq üzrə analitik – Bank Respublika ASC
20.09.2019

“Bank Respublika” ASC “Rəqəmsal bankçılıq üzrə analitik” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Namizədə qarşı tələblər:

• İş təcrübəsi: texniki tapşırıq və biznes proseslərinin təhlili əsasında proqram təminatlarının hazırlanması, onların testdən keçirilməsi, düzəlişlərin edilməsi, sistemlərin avtomatlaşdırılması, layihələrin hazırlanması və icrası üzrə arzu olunandır;
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (əla).
• IT sahəsi üzrə təhsil və nəzəri biliklər arzu olunandır;
• Sistemli şəkildə düşünmək və məhsulu inkişaf etdirə bilmək bacarığı;
• Proqressiv düşüncə tərzi və çərçivələrdən kənara çıxma bacarığı;
• Müzakirələr zamanı proektiv mövqeyə malik olma və ideya,təkliflərini əsaslandırma bacarığı;
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Ümumi vəzifə öhdəlikləri:

• Rəqəmsal tətbiqlərin işlənilməsi üzrə texniki tapşırıqların hazırlanması;
• İşlənilmiş tətbiqlərin funksional testi (front-end və back-end), veb-servislərin keyfiyyətinin izlənilməsi;
• Xarici və daxili işçi qrupları ilə ünsiyyətin aparılması;
• Rəqəmsal tətbiqlərin keyfiyyətinə nəzarət edilməsi;
• Daxili hesabatların hazırlanması və onların təhlili;
• Rəqəmsal tətbiqlərin daxili biznes-məntiqinin inkişaf etdirilməsi;

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 29 sentyabr 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Rəqəmsal bankçılıq üzrə analitik” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi