Times Consulting reklam şirkətinə Rəqəmsal Marketinq Menecer tələb olunur.
Times Consulting 10 ildən çox Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən ən böyük reklam şirkətlərindən biridir. Əsas fəaliyyət reklam yerlərinin və reklam daşıyıcıların satılmasıdır. Əlavə olaraq reklamın istehsalı (kreativ ideya və dizayn da daxil olmaqla) və marketinq xidmətlərin göstərilməsi ilə də məşğuldur.
Əsas vəzifələr:
• Rəqəmsal departamentin toplantılarında fəal iştirak edir, işlərin daha effektiv həyata keçirilməsinə dair təklifləri irəli sürür.
• Gündəlik fəaliyyəti ilə əlaqədar hesabatları vaxtlı-vaxtında təqdim edir.
Namizədlərə qarşı tələblər:
– Website optimization;
– Search Engine Optimization;
– On-site optimization;
– Off-site optimization;
– Paid Search;
– Competitor Analysis
– Azərbaycan və rus dillərinin sərbəst danışıq qabiliyyəti,
– İngilis dilinin bilməsi üstünlük kimi qiymətləndirilir;
– Dünya görüşü və biliyə həvəs;
– Komandada işləmək bacarığı;
– Çeviklik və tez öyrənmə bacarığı;
– Stressə dözümlülük və gərgin qrafiklə işləmək bacarığı;
– MS Ofis proqramlarının bilməsi və korporativ mühitdə işləmək həvəsi.
Üstünlüklərimiz:
• 1200 manat əmək haqqı (dəyişə bilər);
• Gənc və şən kollektiv;
• Şəhərin biznes mərkəzində müasir və dəbli ofis şəraiti;
• Karyera qurulması imkanı;
• Nahar şirkət tərəfindən təşkil olunur;
• İşgüzar danışıqlar üçün telefon limiti.
Xahiş edirik, məktubunuzun mövzu (Subject) hissəsində vakansiyanın adını qeyd edib CV və portfolionuzu [email protected] e-mail ünvanına göndərəsiniz.
İşin aid olduğu sahə
Kateqoriya | Menecer |