İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.
Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz hərəkətlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Brendin İdarəedilməsi departamentində Rəqəmsal marketinq üzrə aparıcı/baş mütəxəssis” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “Digital Marketing” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərlər.
Struktur: Brendin İdarəedilməsi departamenti
Vəzifə: Rəqəmsal marketinq üzrə aparıcı/baş mütəxəssis
Bilavasitə tabeçiliyi: Departament direktoru
Vəzifə öhdəlikləri:
– Bankın bütün rəqəmsal marketinq layihələrinin və onların büdcələrinin planlaşdırılması və icrası;
– Onlayn kanallar vasitəsilə (sosial şəbəkələr, onlayn reklam platformaları və s.) bankın imicinin artırılması və rəqəmsal satış planları üzrə hədəflərə çatmasını təmin etmək;
– Bankın rəqəmsal marketinq layihələri ilə bağlı digər struktur bölmələr və vendor şirkətlərlə qarşılıqlı əməkdaşlıq;
– Mütəmadi rəqəmsal kanallar üzrə testlərin edilməsi, kampaniyaların analizi və effektivliklərinin ölçülməsi (ROI və KPI-lar) ;
– Onlayn analitika platformaları ilə işləmək, onların əsasında optimallaşdırılma apararaq düzgün rəqəmsal müştəri səyahətlərinin qurulması;
– Bazar trendlərinin, yeniliklərin izlənilməsi və onların işdə tətbiqi.
Tələblər:
– Bankın dəyərlərinə uyğun işlərin təşkili;
– Rəqəmsal marketinqi sevmək;
– Bu sahədə minimum 3 il iş təcrübəsi;
– Yaradıcı və analitik düşüncə tərzi;
– Fərdi və komandada işləmək bacarığı;
– Dəqiqlik və operativlik;
– Böyük həcmli və çoxkanallı rəqəmsal kampaniyaları idarəetmə təcrübəsi.
Biz Sizə nə təklif edirik:
– Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
– Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
– Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
– Müasir idarəetmə sistemi və mehriban kollektiv.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |