23.05.2023
Namizədə olan tələblər:
- Ali təhsil (marketinq, jurnalistika və iqtisadiyyat yönümlü ixtisaslar üzrə);
- Rəqəmsal və sosial media marketinqi üzrə sertifikatlar üstünlükdür;
- Rəqəmsal və sosial media marketinqi sahəsində 1 ildən az olmayan təcrübəsi olmalıdır;
- Facebook Business Manager və İnstagram Business platformalarında də işləyə bilməli, müəyyən təcrübəsi olmalıdır;
- Azəbaycan dilində düzgün yazı qabiliyyətinə malik olmalıdır;
- İngilis dili biliyi əlavə üstünlükdür;
- Azərbaycan dilində mətn kontentinin (copywriting) hazırlanması üzrə bacarığının olması xüsusi üstünlükdür;
- Enerjili, təşəbbüskar və məsuliyyətli komanda oyunçusu olması arzu olunandır.
Vəzifə öhdəlikləri:
- Həvalə edilmiş sosial media səhifəsi üzrə post plan hazırlayır;
- Post plan əsasında kontentin hazırlanması üzrə dizayner, fotoqraf, videoqrafla qarşılıqlı fəaliyyəti təşkil edir, postların mətnlərini hazırlayır;
- Plan üzrə paylaşımlar edir, ziyarətçi geri dönüşü və müraciətlərin cavablandırılması üzrə CRM mütəxəssislə əməkdaşlıq edir;
- Paylaşımların ödənişli təşviqatını təşkil edir;
- Həvalə edilmiş veb səhifənin inkişaf etdirilməsi üzrə fəaliyyətləri icra edir.
İş şərtlərimiz:
- Əmək haqqı: 700-800 AZN;
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30.
Ünvan: Ziya Bünyadov 1965, “Çinar Park” Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Rəqəmsal marketinq üzrə kiçik mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |