Bakı
29.05.2025
Vakansiyanın təsviri
- İşin gedişi ilə bağlı olaraq Baş mühasib və maliyyə müdiri ilə birgə işləmək;
- Şirkət mənafelərini qoruyaraq Vergi işləmlərinin həyata keçirilməsinə dəstək olmaq;
- Yaxşılaşdırılma və inkişaf ilə bağlı mürəkkəb məsələlər ilə bağlı təkliflər hazırlamaq;
- Hesabat dövrləri (aylıq, rüblük və illik hesabat dövrləri) üzrə vergi bəyannamələrinə, hesabat və təqdim olunacaq məlumatlar a nəzarət və qiymətləndirməsi;
- Vergi qanunvericiliyi və vergihüququ üzrə məsləhətlərin verilməsi;
- Vergi münasibətlərində vergi ödəyicisinin qanuni və səlahiyyətli nümayəndəsi olaraq iştirak edilməsi.(lazım olduqda vergi idarəsinə getmək)
- Vergi nəzarəti tədbirləri, o cümlədən səyyar vergi yoxlaması və operativ vergi nəzarəti, həmçinin kameral vergi yoxlaması zamanı texniki, əməli dəstəyin verilməsi;
- Yoxlama zamanı yoxlama proseslərində aktiv iştirak etmək, yoxlamanın başlanma tarixindən akt təhvil verilənədək şirkət ilə vergi orqanı arasında körpü olmaq;
- Müəssisələr ilə əməkdaşlıq edən qeyri-rezidentlərə ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı DTA01, 02, 03, 04, 05 ilə bağlı vergi organına müraciət etmək;
- Şirkətin vergi kuratoru ilə vergi müasibətilə bağlı bir başa əlaqə saxlanmalı;
- Vergi qanunvericiliyi üzrə təlim, tədrislərin təşkili və aparılması.
Xüsusi tələblər
- Ali təhsil (Maliyyə, İqtisadiyyat üzrə);
- Rus, Türk, İngilis dillərini bilmək üstünlükdür;
- Maliyyə, Mühasibatlıq, Vergi üzrə minimum 5 il iş təcrübəsi;
- Beynəlxalq Mühasibat Uçotu və Maliyyə Standartlarını (İFRS) və onların tətbiqini bilməlidir;
- Mühasibat, maliyyə, vergi və dövlət büdcəsi sistemi haqqında məlumatlı olmalıdır;
- BTP proqramından və online kargüzarlıqdan professional istifadə edə bilməli;
- Maliyyə təhlili üsullarını bilməlidir;
- Rəhbərlik etdiyi sahənin fəaliyyətini tənzimləyən normativ aktları, eləcə də rəhbərliyin əmr, qərar və sərəncamlarını bilməlidir;
- Azərbaycan Respublikasının və xarici ölkələrin aidiyyəti sahə üzrə qabaqcıl təcrübəsini bilməlidir;
- İqtisadiyyatın, istehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını bilməlidir;
- İdarəçilik və rəhbərlik qabiliyyətinə malik olmalıdır.
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |