Reklam və ictimaiyyətlə əlaqələr şöbəsi üzrə Mütəxəssis/Aparıcı mütəxəssis
İş barədə məlumat:
Bankın marketinq planının hazırlanması;
Bankın reklam və təşviqat üzrə layihələrinin icrası;
Filial şəbəkəsində tətbiq olunacaq çap materiallarının, suvenir məhsullarının və POS materiallarının düzgün istifadəsinin monitorinqinin aparılması;
ATM köşklərinin, xidmət şəbəkəsinin eksteryerinin, və s. mövcud marketinq siyasəti, brend kitabının və korporativ üslubun tələblərinə uyğun olaraq dizaynını hazırlamaq və nəzarəti təmin etmək;
Bankın rəsmi internet səhifəsini mütəmadi olaraq yeniləmək, dizayn və saytın struktur dəyişiklərinə dair təkliflər vermək;
Sosial şəbəkələrə nəzarət;
Bankın ictimai əlaqələrini qurmaq;
Bankın müsbət imicinin formalaşması və onun daima yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərmək;
Press-relizəri hazır edib, mediyada paylaşmaq;
Bankın korporativ sosial məsuliyyət layihələrini hazırlanmasında iştirak etmək.
Namizədə tələblər:
Ali iqtisadi və ya biznes sahəsi üzrə təhsil;
Ən azı 1 il marketinq sahəsində iş təcrübəsi;
Rus və İngilis dillərini yüksək səviyyədə bilmə;
Ünsiyyətqurma bacarığı;
Yaradıcılıq bacarığı;
Analitik düşüncə.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) müraciət etdikləri vəzifənin adını email-in mövzu hissəsində qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.
Digər vakansiyalarla tanış olmaq istəyənlər Bank BTB-nin rəsmi saytına daxil ola bilərlər https://www.btb.az/az/vacancies
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |