15 C
Baku
Friday, November 15, 2024

Reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi – Xalq Bank

0
Reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi – Xalq Bank
Bakı
04.09.2020

Vəzifə: Bankın Biznesin İnkişafı İdarəsinin Reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi

İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə

Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• İqtisadiyyat, maliyyə, menecment istiqaməti üzrə magistr təhsilin olması;
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
• Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dili arzuolunandır);
• Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
• Yüksək kommunikasiya qabiliyyəti, təqdimat bacarığı;
• Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;
• Komandada işləmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti;
• Kreativlik

İŞİN TƏSVİRİ:

• Reklam, dizayn şirkətləri və informasiya agentlikləri ilə işin təşkili və əlaqələndirilməsi;
• Reklam kanallarının araşdırılması (internet, tv, radio, jurnal, qəzet), reklam daşıyıcılarının məhsul və xidmətə görə seçilməsi;
• Məhsul və xidmətlər barəsində məlumatların media vasitələrinə ötürülməsi prosesində birbaşa iştirak;
• Mətbuat üçün rəsmi xəbər materiallarının hazırlanması;
• Bank haqqında KİV-də yerləşdirilməli olan məlumatların hazırlanması;
• KİV nümayəndələri ilə əlaqə qurulması və zəruri məlumatların mətbuat orqanlarında yerləşdirilməsi;
• Bankın çap-reklam məhsullarının hazırlanması işinin təşkili;
• Bankdaxili və çöl reklamlarının hazırlanması ilə bağlı təkliflərin verilməsi;
• Reklam vasitələrinin monitorinqi;
• Reklam daşıyıcılarının bankın “Brand Book”u ilə uyğunluğuna nəzarət edilməsi;
• Bankın müsbət imicinin formalaşması və onun daima yaxşılaşdırılması istiqamətində fəaliyyət.

QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV”-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E – mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi