6 C
Baku
Tuesday, February 27, 2024

Rezolyusiya şöbəsi \ Rezolyusiyanın planlaşdırılması və təşkili bölməsi \ Mütəxəssis – Azərbaycan Mərkəzi Bankı

0
Rezolyusiya şöbəsi \ Rezolyusiyanın planlaşdırılması və təşkili bölməsi \ Mütəxəssis – Azərbaycan Mərkəzi Bankı
Bakı
01.06.2023

Vakansiyanın təsviri

  • Mərkəzi Bankın aidiyyəti struktur bölmələri tərəfindən maliyyə vəziyyəti qeyri-qənaətbəxş qiymətləndirilən nəzarət subyektlərinin rezolyusiyası planlarını hazırlayır, qanunvericiliklə nəzərdə tutulan və rezolyusiya planlarında yer alan tədbirlərin təşkilini həmin struktur bölmələrlə birlikdə həyata keçirir;
  • Rezolyusiya planlarının icrası ilə bağlı yarana biləcək problemləri Mərkəzi Bankın aidiyyəti struktur bölmələri ilə birgə müəyyən edir və onların həlli üçün rəhbərliyə təkliflər verir;
  • Şöbənin fəaliyyət istiqaməti üzrə qanunvericiliyin və normativ bazanın təkmilləşdirilməsi və qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi ilə müvafiq hüquqi aktların beynəlxalq təcrübə ilə müqayisəli təhlilini aparır, rezolyusiya sahəsində ən qabaqcıl beynəlxalq təcrübənin öyrənərək təkliflər hazırlayır, qanunvericilikdə və normativ bazada yaranmış hüquqi kolliziyaları, boşluqları müəyyən edir, bu sahənin təkmilləşdirilməsi üzrə müstəqil və ya əlaqədar struktur bölmələri ilə əlaqəli şəkildə təkliflər hazırlayır;
  • Maliyyə institutlarının maliyyə vəziyyətinin dövri monitorinqini həyata keçirir, bu məqsədlə maliyyə institutlarına məxsus və digər mənbəyi məlum olan məlumatları toplayır, emal edir, təhlil edir, onların risklərini qiymətləndirir, nəticəsi üzrə müxtəlif hesabatlar hazırlayır, bunun əsasında rezolyusiya planlarına dair təkliflər formalaşdırır, eləcə də müvafiq hesabatları hazırlayır və risklərin azalmasına istiqamətlənən müvafiq tədbirlərin həyata keçirilməsinə dair təkliflər verir;
  • Rezolyusiya sahəsi və nəzarət məqsədləri üçün metodiki materialları hazırlayır, maliyyə institutlarına və Mərkəzi Bankın əlaqədar funksional bölmələrinə rezolyusiya təşkili üzrə metodiki dəstək göstərir, Mərkəzi Bankın fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq hüquqi aktlara və metodoloji sənədlərə aidiyyəti üzrə rəy və təkliflər verir;
  • Şöbənin vəzifələrinin icrası ilə əlaqədar səlahiyyətləri daxilində Mərkəzi Bankın struktur bölmələrinə sorğu verir və onlardan məlumatları alır, zəruri məlumatların əldə edilməsi məqsədilə dövlət orqanlarına (qurumlarına) və maliyyə institutlarına sorğuları hazırlayır
  • Test mövzuları :Bankda risklərin idarə olunması
  • Bank qanunvericiliyi
  • Mühasibat uçotu
  • Audit işi (əməliyyat risklərinin idarə edilməsi daxil olmaqla)
  • Məntiq
  • İngilis dili
  • Ümumi kompüter bilikləri

Xüsusi tələblər

  • Təhsil :Maliyyə Ali təhsil
  • Hüquq Ali təhsil
  • Sığorta Ali təhsil
  • Kapital bazarı Ali təhsil
  • Texniki biliklər Rezolyusiya, sağlamlaşdırma, ləğvetmə sahəsində qanunvericilik bilikləri Yaxşı səviyyədə
  • Bank, sığorta və qiymətli kağızlar bazarları sahəsində qanunvericilik bilikləri Yaxşı səviyyədə
  • Risklərin qiymətləndirilməsi üzrə biliklər Yaxşı səviyyədə
  • Təqdimat və yazı bacarığı Orta səviyyədə
  • Təcrübə Maliyyə sabitliyi, risklərin qiymətləndirilməsi, nəzarət və ya analitik sahələrdə 2 il
  • Dil bilikləri Azərbaycan dili Əla səviyyədə
  • İngilis dili Yaxşı səviyyədə
  • Kompüter bacarığı MS Office proqramları, xüsusilə MS Excel Yaxşı səviyyədə
  • İri həcmli məlumatların təhlili üzrə proqram təminatı (SQL, Python, və s.) Arzuolunandır
  • Sertifikatlar Maliyyə, mühasibat, audit, risklərin qiymətləndirilməsi, nəzarət və ya analitik sahələrdə peşəkar sertifikatlar Arzuolunandır
  • Davranış kompetensiyaları
  • Araşdırma və təhlil etmə
  • Detallara diqqətlilik
  • Sahə üzrə müasir trendləri mütəmadi izləmə
  • Təkmilləşməyə meyllilik
  • Ünsiyyətqurma və komandada işləmə
Müraciət üçün (CV)https://www.cbar.az/hr/f?p=100:106

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi