11 C
Baku
Şənbə, Dekabr 4, 2021

Risk qrupunun böyük mütəxəssisi – Sahibkarlığın İnkişafı Fondu

0
Risk qrupunun böyük mütəxəssisi – Sahibkarlığın İnkişafı Fondu
Bakı
11.10.2021

Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu “Risk qrupunun böyük mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir.
Əsas öhdəliklər:
• Fondun risklərinin idarə olunması üzrə daxili qaydalar, prosedurlar və digər normativ sənədlərin hazırlanması, dəstəklənməsi və onların yerinə yetirilməsinə nəzarət edilməsi;
• Fondun fəaliyyətini əhatə edən bütün biznes proseslərə, məhsul və xidmətlərə, habelə digər normativ sənədlərə rəy verilməsi;
• Əməliyyat risklərinin idarə edilməsi prosesində əsas risk indikatorlarına dair məlumatların toplanması, təhlillərin həyata keçirilməsi və lazımi hesabatların tərtib olunması;
• Fondun struktur bölmələrindən insidentlər barədə məlumatların toplanması (məlumat bazasın yaradılması) və səbəblərinin araşdırılması;
• Fondun riskləri üzrə risk xəritəsinin yaradılması və davamlı nəzarət prosesinin həyata keçirilməsi;
• Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflərin verilməsi.
Namizədə dair tələblər:
• Maliyyə, iqtisadiyyat və ya bank işi sahəsində ali təhsil;
• 2 ildən artıq bank və ya digər maliyyə institutlarında risklər sahəsində təcrübə;
• Risklərin idarə edilməsi barədə Azərbaycan Respublikasının Mərkəzi Bankının müvafiq normativləri və qaydaları barədə biliklər;
• MS Office (xüsusilə Excel) proqramlarından yüksək səviyyədə istifadə bacarığı;
• Analitik qabiliyyət və riyazi düşüncəyə malik olması;
• Komandada işləmək, yüksək kommunikasiya və təqdimetmə bacarığı;
• Təşəbbüskarlıq, diqqətlilik, məsuliyyətlilik;
• Rus və ingilis dili bilikləri üstünlükdür.
Namizədlər öz CV-lərini mövzu hissəsində “Risk qrupunun böyük mütəxəssisi” qeyd etməklə [email protected] e-poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 20.10.2021

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları
X