Risklərin İdarə Edilməsi Departamentinin aparıcı mütəxəssisi – Azərbaycan Sənaye Bankı ASC

    0

    Posted 7 gün ago

    Risklərin İdarə Edilməsi Departamentinin aparıcı mütəxəssisi

    Tələblər:


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.

    • Ali İqtisadi təhsil;
    • İngilis və rus dili bilikləri;
    • Müvafiq sahə üzrə minimum 2 il iş stajı;
    • Məntiqi və analitik düşünmə tərzi, təqdimat bacarıqları;
    • Risklərin müəyyən edilməsi və qiymətləndirilməsi metodlarının hazırlanması üzrə biliklər;
    • Makro səviyyədə iqtisadi təhlil apara bilmə bacarığı;
    • CFA və FRM üzrə sertifikat sahiblərinə üstünlük verilir.

    İş haqqında məlumat:

    • Risklərin idarə edilməsi üzrə yeni alətlərinin və metodların tətbiqi barədə təkliflər vermək;
    • Bankda riskli sahələr üzrə müxtəlif ssenarilər əsasında stress-testlərin hazırlanması və stress-test modellərinin qurulması;
    • Stress-testlərin nəticələrinin analiz edilməsi, risk limitlərinin hesablanması və risk limitlərinə müvafiq dəyişikliklərin edilməsi barədə təkliflərin hazırlanması, həmçinin Vintaj, PD, LGD modellərinin qurulması;
    • Ələqadar strukturlarla qarşılıqlı çalışma əsasında Risk Xəritələrinin hazırlanması;
    • İFRS tələbləri üzrə araşdırmalar aparılması və təkliflər verilməsi;
    • Risklərin İdarə Edilməsi sahəsi üzrə Departament müdiri, baş risk inzibatçısı, əlaqədar idarə heyəti üzvü və Risklərin İdarə Edilməsi Komitəsinin tapşırıqları üzrə işlərin görülməsi.

    Əlavə məlumat:

    • Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@azersun.com və ya cv@asb.az elektron ünvanına göndərə bilərlər;
    • Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Risk idarəedilməsi üzrə aparıcı mütəxəssis” göstərməyiniz xahiş olunur;
    • CV-lər 30.11.2019-cu il tarixədək qəbul olunacaqdır.

    Job Features

    Job CategoryBank və BOKT işçisi

    Apply Online