Risklərin idarə edilməsi şöbəsinin böyük mütəxəssisi – Azərbaycan Dəmir Yolları QSC

    Bakı
    Posted 2 weeks ago

    Vakansiyanın adı: Böyük mütəxəssis
    Vakansiyanın kodu: V210127-2
    Vakansiyanın kateqoriyası: Mütəxəssis
    Vakansiyanın aid olduğu struktur vahid: “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
    Vakansiya üzrə struktur: Strateji və korporativ inkişaf idarəsi, Risklərin idarə edilməsi şöbəsi
    Ödəniş növü: Vaxtamuzd
    İş vaxtının norması: 09:00-18:00 / 5 günlük iş həftəsi
    Əmək şəraiti: Ofisdaxili
    İş yerinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 230
    Tələb olunan təhsil istiqaməti/ixtisası: İstənilən
    Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavriat
    Tələb olunan minimum əmək stajı: 2 il
    Tələb olunan komputer bilikləri: MS Office – yaxşı.
    Tələb olunan xarici dil bilikləri: İngilis dili – yaxşı; Rus dili – orta.

    Vəzifə üzrə tələb olunan biliklər :

    – Azərbaycan Respublikası və xarici ölkələrdə risklərin idarə edilməsi üzrə qabaqcıl təcrübəyə dair biliklər;
    – Çalışdığı sahənin fəaliyyətini tənzimləyən normativ aktlar, əmr, qərar və sərəncamlara dair biliklər;
    – İqtisadiyyat, idarəetmə, əmək qanunvericiliyi və marketinqin əsaslarına dair biliklər;
    – Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarına dair biliklər.

    Tələb olunan fərdi keyfiyyət göstəriciləri:

    Ümumi fərdi keyfiyyət meyarları:

    – Motivasiya;
    – Komanda işi;
    – Nəticəyönümlülük;
    – Etibar yaratma;
    – Məsuliyyətlilik.

    Funksional fərdi keyfiyyət meyarları:

    – Problem həlletmə;
    – Analitik düşüncə;
    – Təşəbbüskarlıq.

    Digər tələb və üstünlük göstəriciləri:

    – Daxili audit və ya risklərin idarə edilməsi sahəsi üzrə ən azı 2 il iş təcrübəsi;
    – Risklərin idarə edilməsi sahəsi üzrə beynəlxalq sertifikatlar arzuolunandır (C31000, FRM);
    – Son iki işlədiyi qurum rəhbərindən tövsiyə məktubu arzuolunandır;
    – Magistr dərəcəsi arzuolunandır.

    Vəzifə öhdəlikləri:

    – Risklərin müəyyən edilməsi və qiymətləndirilməsi metodlarının hazırlanması;
    – Risk özünü qiymətləndirmə alətinin tətbiqi;
    – Təşkilatda aparılan biznes proseslərinin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədilə monitorinqlərin həyata keçirilməsi və təkliflərin verilməsi;
    – Risk matrisasının hazırlanması və dövri olaraq yenilənməsi;
    – Daxili normativ sənədlərin, məhsul və prosesslərin, risk nəzarət mexanizmlərinin nəzərdən keçirilməsi və müvafiq rəyin verilməsi;
    – Stress testlərin keçirilməsi və ssenari analizlərinin aparılması;
    – Əməliyyat risklərinin idarə edilməsi prosesində risk indikatorlarına dair məlumatların toplanması, təhlillərin həyata keçirilməsi və – lazımi hesabatların tərtib olunması;
    – Daxili insident menecment sisteminin yaradılması üçün təkliflər verilməsi və həyata keçirilməsi;
    – İnsident menecment sistemdə qeyd olunmuş məlumatların struktur bölmələrdən toplanılması, səbəblərin araşdırılması və təhlili;
    – Təşkilatda risk mədəniyyətinin yüksəldilməsi məqsədilə maarifləndirmə işlərinin həyata keçirilməsi;
    – Əməliyyat risklərinin idarə edilməsində analitik, təhlil yönümlü yanaşmalardan istifadə edilməsi;
    – Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşının alınması ilə bağlı təkliflərin verilməsi;
    – Risklərin idarə edilməsi sisteminin avtomatlaşdırılması ilə əlaqədar təkliflərin hazırlanması.

    Son müraciət tarixi: 20.04.2021

    Müraciət üçün link: https://career.ady.az/Vacation/Get/1271#vp

    Job Features

    Job CategoryDövlət qurumları

    Apply Online


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.