Risklərin təhlili şöbəsinin aparıcı mütəxəssisi – Bank BTB

    0

    Posted 6 ay ago

    Bank “BTB” ASC Risklərin idarə edilməsi departamenti/Risklərin təhlili şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

    Risklərin təhlili şöbəsinin aparıcı mütəxəssisi


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.

    İş barədə məlumat:

    • Risklərin idarə edilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq və kənarlaşmalar barəsində RİK, İdarə Heyətinə və Müşahidə Şurasına təqdim edilməsi üçün hesabat hazırlamaq;
    • Bankın aidiyyatı struktur bölmələri ilə birgə fəaliyyət növləri üzrə risk limitlərinin hesablanması və onlara dəyişikliklərin edilməsi barədə RİK-ə və İdarə Heyətinə təkliflər hazırlamaq;
    • Risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirmək və pozuntular barədə dərhal birbaşa rəhbərinə məlumat vermək;
    • Risklərin idarə edilməsi üzrə yeni alətlərinin və metodların tətbiqi barədə təkliflər vermək; 
    • Bankdaxili prosseslərdə risklərin qiymətləndirilməsi, çatışmamazlıqların müəyyən edilməsi və tədbirlər planın hazırlanması və rəhbərliyə təqdim olunması
    • Aşkar olunmuş nöqsan və çatışmamazlıqlarla bağlı təkliflərin hazırlanması və qayda və prosedurların yenidən nəzərdən keçirilərək qiymətləndirilməsi

    Namizədə tələblər:

     Ali təhsil;
     Azərbaycan, İngilis  və Rus dillərində danışıq və yazı bacarığının olması;
     Bank sahəsində ən azı 2 il iş təcrübəsi (əməliyyat və kredit sahəsində çalışanlara üstünlük verilir); 
     Bank qanunvericiliyinə dair biliklərin olması;
     Banklarda risklərin idarə edilməsi sahəsində anlayışın olmağı;
     Analitik düşüncə;
     Microsoft Office proqramları üzrə biliklər (Excel orta səviyyə, funksiyalarla işləmə bacarığı);
     Ezamiyyətlərə getmə imkanı

    Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) 30.04.2019-cu il tarixinədək cv@btb.az  elektron ünvanına göndərə bilərlər.
    Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Risklərin təhlili şöbəsinin mütəxəssisi göstərməyiniz xahiş olunur.

    Job Features

    Job CategoryRisk menecer

    Apply Online