Tələblər:
Ali təhsil;
Əməliyyat sahəsi üzrə ən azı 2 il təcrübə;
Bank fəaliyyətinə dair qanunvericiliyi və normativ hüquqi aktları bilməsi;
Korporativ və işgüzar yazışmaların aparılması bacarığı;
Ünsiyyətqurma bacarıqları;
Komandada və fərdi şəkildə işləmək bacarığı;
Dəqiqlik, şəffaflığa bağlılıq;
Analitik və məntiqi düşünmə qabiliyyəti;
Yüksək qavrama bacarığı və detallara fikir vermə qabiliyyəti;
Operativlik, işə yüksək enerji və həvəslə yanaşmaq, pozitivlik.
Şəhərlər:
Bakı
Vəzifə öhdəlikləri:
Potensial əməliyyat risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsi;
Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflər verir və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak edir;
Əməliyyat risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
Filial və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədilə monitorinqlərin həyata keçirilməsi və təkliflərin verilməsi;
Müəyyən edilmiş riskləri azaltmaq üçün tədbirlər planını hazırlamaq, müvafiq strukturlarla müzakirə edərək icrasını davam etdirmək;
Bank riskləri üzrə risk xəritəsini yaradılması və davamlı nəzarət prosesinin həyata keçirilməsi;
Bankda risk mədəniyyətinin yüksəldilməsi məqsədilə filial və baş ofis struktur bölmələrində maarifləndirmə işlərinin həyata keçirilməsi;
Daxili hesabatların hazırlanması.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |