10 C
Baku
Thursday, December 12, 2024

Risklərin idarə edilməsi departamentinin mütəxəssisi – Ziraat Bank Azərbaycan ASC

0
Risklərin idarə edilməsi departamentinin mütəxəssisi – Ziraat Bank Azərbaycan ASC
Bakı
06.10.2021

“Ziraat Bank Azərbaycan” ASC Risklərin idarə edilməsi departamentinin mütəxəssisi vəzifəsinə işə dəvət edir

Vəzifəyə olan tələblər:

• Ali iqtisadi təhsil;
• 2 il bank, həmçinin 1 ildən artıq kredit təşkilatında SME və ya korporativ kredit sifarişlərinin təhlili, kreditlərin verilməsi sahəsində təcrübə;
• Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını oxuma, yazma və təhlil etmə bacarıqları;
• Əldə olunmuş məlumatlar əsasında borcalanın mövcud ödəmə qabiliyyətinin qiymətləndirilməsi, maliyyə vəziyyətində dəyişikliklərin izlənməsi, proqnoz hesabatların hazırlanması bacarığı;
• Müştərilər ilə lazımi ünsiyyət qurma və tələb olunan məlumatları alma qabiliyyəti;
• Maliyyə sahəsinə dair beynəlxalq sertifikatların olması arzuolunandır;
• Kompüter bilikləri (MS Office (xüsusi ilə yüksək Microsoft Excel bilikləri)).
• Rus, türk və ingilis dil bilikləri müsbət qarşılanır.

Əsas vəzifələr:

• Bankın borcalanlarının maliyyə vəziyyətini əks etdirən təhlil hesabatlarını tərtib etmək;
• Müştərilərin kredit ödəmə qabiliyətlərini analiz etmək, stress senarilər hazırlamaq;
• Firma/kredit dəyərləndirmə və bazar araşdırması apararaq əldə edilən məlumatları mövcud müştərilər baxımından dəyərləndirmək;
• Bankın firma/kredit dəyərləndirmə sistemlərinin inkişaf etdirilməsi məsələsində görülən işlərdə iştirak etmək, rəy və tövsiyyələr vermək;
• Müxtəlif fondlar tərəfindən maliyyələşdirilmiş kreditlərin monitorinqini aparmaq və həmin fondlar tərəfindən tələb olunan maliyyə hesabat formalarını tərtib etmək;
• Bankda erkən xəbərdarlıq modelinə əsaslanan portfel bazlı kredit monitorinq sistemi qurmaq;
• Portfel üzrə müştərilərin müəyyən edilmiş keyfiyyət meyarlarına əsasən hesabatlar hazırlamaq.

Göstərilən tələblərə cavab verən namizədlər Oktyabr ayının 31-nə qədər öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Kredit riskləri üzrə mütəxəssis” qeyd edilməsi vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi