19 C
Baku
Sunday, October 6, 2024

Risklərin idarə edilməsi departamentinin təhlilçisi – Azərbaycan Respublikası Dövlət Neft Fondu

0
Risklərin idarə edilməsi departamentinin təhlilçisi – Azərbaycan Respublikası Dövlət Neft Fondu
Bakı
04.10.2024

Vakansiyanın təsviri

  • İnvestisiya portfelinin gəlirliliyinin ölçülməsi və gəlirlilik nəticələrinin analitik təhlilinin aparılması;
  • Maliyyə risklərinin ölçülməsi, təhlili və həmçinin mövcud risk büdcəsinin tələbləri çərçivəsində idarə edilməsinə nəzarət;
  • Vəsaitlərin strateji bölüşdürməsi mülahizələrinin verilməsi məqsədilə iqtisadi göstəricilərin, geosiyasi hadisələrin və qlobal bazar şəraitinin təhlili;
  • Gözlənilən bazar risklərindən qorunmaq məqsədilə müxtəlif ssenarilər üzrə risk modellərinin hazırlanması və stress-testlərinin həyata keçirilməsi;
  • Mütəmadi əsasda hesabatların hazırlanması.

Xüsusi tələblər

  • Maliyyə, İqtisadiyyat və ya Riyaziyyat sahəsi üzrə ali təhsil;
  • Statistika və Ekonometrika üzrə biliklər;
  • Risklərin təhlili və qiymətləndirilməsi, gəlirliliyin ölçülməsi üzrə modellərin qurulması və istifadəsi üzrə bacarıqlar;
  • Strateji qərarların verilməsi məqsədilə maliyyə təhlillərinin aparılması və data analitika bacarıqları;
  • Ənənəvi və alternativ maliyyə alətləri üzrə biliklər;
  • Proqramlaşdırma bacarığı, maliyyə və statistik təhlil məqsədləri üçün proqram paketlərindən istifadə vərdişlərinin olması arzuolunandır (Python, SQL, VBA, Matlab və s.)
  • FRM və ya CFA sahəsində nailiyyətlər arzu olunandır.
  • Güclü problem həll etmə, analitik düşünmə və tədqiqat bacarıqları.

Biz müraciətinizi gözləyirik! Aşağıdakı link vasitəsilə işə qəbul sistemimiz vasitəsilə müraciət etməyinizi xahiş edirik. Müraciətlər müraciət müddəti boyunca davamlı olaraq nəzərdən keçiriləcəkdir.

Müraciətlər 20 oktyabr 2024-cü il tarixinədək qəbul edilir.

Müraciət üçün (CV): https://oilfund.az/fund/career-opportunities/vacancy/56

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər