Bakı
24.01.2025
Qısa məzmun
BOKT Falcon Finance MMC Risklərin idarə edilməsi İdarəsinin Komplayens risklərinin idarə edilməsi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Elanın təsviri
- Elan tarixi: 24.01.2025
- Son tarix: 24.02.2025
- Şirkət: BOKT Falcon Finance MMC
- Ərazi: Bakı
- Maaş: Razışlaşma
- Staj: min 5 il
- Təhsil: Ali təhsil
- İş rejimi: Tam iş günü (5 gün)
- Müqavilə: Əmək müqaviləsi
- E-mail: [email protected]
Vəzifə öhdəlikləri:
- BOKTdaxili proses və qaydaların ölkə qanunvericiliyinə və beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, müvafiq kommunikasiyanın aparılması.
- BOKT-nin məhsul, xidmətlərinin eləcə də BOKTdaxili prosedur və qaydaların, biznes proseslərin ölkədaxili qayda və beynəlxalq standartlara uyğunluğu ilə bağlı rəy verilməsi və komplayens riskinin ölçülüb-bildirilməsi.
- BOKT-nin müştəri uyğunluğu prosedurlarında iştirak etmək, yerli və xarici qanunvericiliyə müvafiq şəkildə müştəri eyniləşdirilməsinin həyata keçirilməsinə nəzarət etmək.
- Daxil olmuş komplayens tələbləri ilə əlaqəli sorğuların cavablandırmasına nəzarət
- BOKT-nin əməkdaşlarına müvafiq təlimlər keçmək və bu sahədən olan məsələlər ilə əlaqəli məsləhət vermək.
- ƏL/TMM sahəsi üzrə və FATCA-nı BOKT-da tətbiq etmək məqsədilə BOKTdaxili qaydaların və prosedurların hazırlanmasını və bu sahədə BOKT-nin strukturlarının müvafiq əməkdaşlarının təlimini təşkil etmək
- BOKT-nin strukturlarından daxil olmuş sorğular üzrə requlyativ tələblərin pozulmasının və yaxud ziddiyyət təşkil etməsinin müəyyən edilməsi və onların aradan qaldırılması ilə bağlı rəy və təkliflərin hazırlanması
Tələblər:
- Tam ali hüquqi və ya iqtisadi təhsil
- Minimum 5 il bank və BOKT təcrübəsinin olması (komplayens, korporativ hüquq və ya audit sahələrində iş təcrübəsi üstünlük təşkil edir). Müəyyən hallarda (namizədin təhsili, biliyi və s. nəzərə alınmaqla) iş təcrübəsinə dair tələb edilən müddət azaldıla bilər
- Komandada işləmək bacarığı
- Məsuliyyətli, düzgün və etibarlı olmalı
- MS Ofis proqramları, xüsusilə MS Ofis Excel və kompüter avadanlıqları ilə işləmə bacarığına malik olmalı
- Analitik təhliletmə və analitik hesabat tərtib etmə bacarığı olmalı
- Əmək funksiyalarının yerinə yetirilməsi üçün zəruri olan qanunvericilik aktlarını və digər aktları bilməli
- Lisenziya/Sertifikat: komplayens və audit sahəsində sertifikatların mövcudluğu üstünlükdür
Maraqlanan namizədlər [email protected] ünvanına “Risklərin idarə edilməsi İdarəsinin Komplayens risklərinin idarə edilməsi şöbəsinin mütəxəssisi” yazaraq cv-lərini göndərə bilərlər.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |