Bakı
18.11.2025
Bank Olmayan Kredit Təşkilatı “İnternational” ASC Risklərin İdarə edilməsi şöbəsində baş mütəxəssis/ ƏL/TMM üzrə məsul şəxs vakansiyası elan edir
- ƏL/TMM üzrə daxili qayda, prosedur və nəzarət mexanizmlərinin layihələrini, onlara əlavə və dəyişikliklər üzrə təklifləri hazırlayır və müvafiq təsdiqdən sonra onların icrasını təşkil edir;
- ƏL/TMM üzrə siyasət və daxili qaydalara müvafiq olaraq bu bölməyə həvalə olunmuş vəzifələri həyata keçirir;
- Rəhbərlik, Nəzarət orqanı və maliyyə monitorinqi orqanı tərəfindən tələb edilən hesabat və məlumatları hazırlayıb təqdim edir;
- ƏL/TMM üzrə siyasətinə əməl edilməsinə nəzarət edir və iş prosesində siyasətdən kənarlaşma üzrə yaranan halları vaxtında müəyyənləşdirib, lazımı addımlar atır;
- Şübhəli və qeyri-adi əməliyyatlar və hallar barədə təhlil hesabatı hazırlayır;
- ƏL/TMM sahəsi üzrə keçirilən daxili audit nəticələrinə uyğun olaraq verilmiş tövsiyələr əsasında, nöqsanların aradan qaldırılması üçün tədbirlər planı hazırlayır, razılaşdırır və icrasını təmin edir;
- ƏL/TMM sahəsində fəaliyyət üzrə işçilərə mütəmadi təlimlərin keçirilməsini təşkil edir;
- ƏL/TMM sahəsi üzrə qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirdir.
- Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terroçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində hüquqi aktların tələblərinə riayət edilməsi.
Namizədə dair tələblər:
- İqtisadiyyat və ya hüquq sahəsində ali təhsil;
- Maliyyə bazarları sahəsində azı 2 illik ƏL/TMM sahəsində təcrübəsinin olması;
- Mərkəzi Bankın qaydaları və digər əlaqəli qurumların BOKT fəaliyyəti ilə bağlı qanunvericiliyi bilmək;
- Proseslər üzrə riskləri, dələduzluq halları və nöqsanları müəyyən etmək qabiliyyəti;
- Analitik düşünmə bacarığı;
- Komandada işləmə bacarığı;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Mükəmməl Azərbaycan dili biliyi (İngilis dili arzu olunandır);
- Microsoft Office proqramları ilə işləmə bacarığı.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Ünvan:
- Bakı şəhəri, Atatürk prospekti 12A, Allians Plaza
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində ” ƏL/TMM üzrə məsul şəxs ” qeyd etməklə göndərmələri xahiş olunur.
İşin aid olduğu sahə
| Kateqoriya | Bank və BOKT işçisi |


