13 C
Baku
Friday, November 15, 2024

Risklərin idarə edilməsi üzrə aparıcı mütəxəssis – Azərbaycan Sənaye Bankı

0
Risklərin idarə edilməsi üzrə aparıcı mütəxəssis – Azərbaycan Sənaye Bankı
Bakı
18.08.2021

Ümumi məlumatlar

• Ali İqtisadi təhsilli olmalı;
• İngilis və rus dili bilikləri olmalı;
• Müvafiq sahə üzrə minimum 2 il iş stajı olmalı;
• Məntiqi və analitik düşünmə tərzi, təqdimat bacarıqları olmalı;
• Risklərin müəyyən edilməsi və qiymətləndirilməsi metodlarının hazırlanması üzrə bilikləri olmalı;
• Makro səviyyədə iqtisadi təhlil apara bilmə bacarığı olmalı;
• CFA və FRM üzrə sertifikat sahiblərinə üstünlük verilir.

İş haqqında məlumat

• Risklərin idarə edilməsi üzrə yeni alətlərinin və metodların tətbiqi barədə təkliflər vermək;
• Bankda riskli sahələr üzrə müxtəlif ssenarilər əsasında stress-testlərin hazırlanması və stress-test modellərinin qurulması;
• Stress-testlərin nəticələrinin analiz edilməsi, risk limitlərinin hesablanması və risk limitlərinə müvafiq dəyişikliklərin edilməsi barədə təkliflərin hazırlanması, həmçinin Vintaj, PD, LGD modellərinin qurulması;
• Risklərin İdarə Edilməsi Sahəsi üzrə beynəlxalq standartlar, qanunvericilik və bankdaxili qaydalara uyğun olaraq təhlillərin aparılması və təkmilləşdirilməsi;
• Ələqadar strukturlarla qarşılıqlı çalışma əsasında Risk Xəritələrinin hazırlanması;
• İFRS tələbləri üzrə araşdırmalar aparılması və təkliflər verilməsi;
• Risklərin İdarə Edilməsi sahəsi üzrə Departament müdiri, baş risk inzibatçısı, əlaqədar idarə heyəti üzvü və Risklərin İdarə Edilməsi Komitəsinin tapşırıqları üzrə işlərin görülməsi.

İş şərtləri

Həftə içi 5 gün, 09:00-18:00

Müraciət linki

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi