18 C
Baku
Friday, October 4, 2024

Risklərin idarə edilməsi və komplayns departamenti – aparıcı mütəxəssis – Premium Bank

0
Risklərin idarə edilməsi və komplayns departamenti – aparıcı mütəxəssis –  Premium Bank
Bakı
05.08.2020

“Premium Bank” ASC Risklərin idarə edilməsi və komplayns departamentinin aparıcı mütəxəssisi vakansiyasını elan edir.

İşin təsviri:

• Müşahidə Şurası və İdarə Heyəti tərəfindən təsdiqlənən risk limitləri çərçivəsində bankın fəaliyyətinə nəzarət;
• Bankın fəaliyyəti nəticəsində üzləşdiyi bütün spesifik risklərin müəyyən edilməsi, onların ölçülməsi, qiymətləndirilməsi və idarə edilməsini, bankın digər dəstək və nəzarət funksiyaları ilə yanaşı təmin edilməsi;
• Yarana bilən riskləri müzakirə edir və təcili görülməli tədbirlər barədə departament direktoruna məruzə edilməsi;
• Hər bir əməliyyat bölməsində risklərin idarə edilməsi fəaliyyəti barədə müntəzəm olaraq hesabatları təqdim edən sistemin fəaliyyət göstərməsini təmin edilməsi;
• Bankın bütün növ risklərinin idarə edilməsi sahəsində ümumi fəaliyyətinin təşkilini, təmin və təhlil edilməsi;
• Filiallara təyin edilmiş kredit limitlərinin riayət olunmasına nəzarət edilməsi;
• Kreditlərin monitorinqlərinin planlaşdırılmasını və həyata keçirilməsinə nəzarət;
• Bankdaxili qaydalarda və təlimatlarda risk sahəsinə aid olan bütün tələblərin yerinə yetirilməsini təşkil edir və onların icrasına nəzarət.

Namizədə dair tələblər:

• İqtisadiyyat və ya maliyyə sahəsində ali təhsili olmalıdır;
• Ən azı 3 il bank iş təcrübəsi olmalıdır;
• Azərbaycan, Rus və İngilis dili (arzuolunandır).
• Sertifikatlar: FRM(Financial Risk Management), ACCA Association of Chartered Certified Accountants

İş şəraiti:

• AR Əmək Məcəlləsi-nə uyğun sənədləşmə
• İş saatı 09:00-dan 18:00-dək
• İstirahət günləri: şənbə və bazar günləri

Əgər axtardığımız ideal namizəd sizsinizsə CV-nizi [email protected] elektron ünvanına 31.08.2020 tarixinədək göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Risklərin idarə edilməsi və komplayns departamentinin aparıcı mütəxəssisi” şəklində göstərilməsi xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi