11 C
Baku
Tuesday, November 5, 2024

Risklərin İdarəedilməsi şöbəsinin mütəxəssisi – Ateshgah Sigorta

0
Risklərin İdarəedilməsi şöbəsinin mütəxəssisi – Ateshgah Sigorta
25.10.2019

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ birləşərək “Atəşgah” Sığora Qrupunu yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 24 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

Hörmətli namizəd!
İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!

Risklərin İdarəedilməsi şöbəsinin mütəxəssisi

Əsas vəzifə öhdəlikləri:

• Monitorinq nəticəsində riskləri müəyyən etmək
• Müəyyən olunmuş risklər üzrə müvafiq tədbirlər planının hazırlanması
• Yoxlamaların həyata keçirilməsi
• Hesabatların hazırlanması
• Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi

Namizədə tələblər

• Cinsi: Qadın
• Təhsil: Ali
• Yaş: 21-38
• İş təcrübəsi: Vacib deyil
• Dil bilikləri: Azərbaycan- əla, Rus- əla, İngilis (arzuolunan)
• Kompyuter bilikləri: Ofis proqramları (mükəmməl Excel və Power Point bilikləri)

Şəxsi keyfiyyətlər

• Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 – 18:00
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Əmək haqqı: müsahibə əsnasında
• İş yeri :Baş ofis

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] – mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Risklərin İdarəedilməsi şöbəsinin mütəxəssisi” qeyd etmələri xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaSığorta