9 C
Baku
Sunday, December 1, 2024

Risklərin İdarəedilməsi və Daxili Nəzarət üzrə Mütəxəssis – CİBPay MMC

0
Risklərin İdarəedilməsi və Daxili Nəzarət üzrə Mütəxəssis – CİBPay MMC
Bakı
15.10.2024

Əsas funksiyalar:

  • Şirkətdə risklərin idarə edilməsi Siyasətinə uyğun risklərin idarəedilməsi və daxili nəzarət tədbirlərini həyata keçirmək.
  • Şirkətin əməliyyatlarının daxili qaydalara və ÇPY və TMM (Çirkli Pulların Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsi ilə Mübarizə) qaydalarına uyğun aparılmasının monitorinqini həyata keçirmək;
  • Daxili və ya xarici saxtakarlıq hallarını müəyyən etmək üçün şirkətin əməliyyatları üzərində monitorinq fəaliyyətlərini həyata keçirmək.
  • Risk Hadisələri Verilənlər Bazasında (RED) risk hadisələrinin toplanmasını və hesabatlığını təmin etmək və azaldıcı tədbirlərin həyata keçirilməsini monitorinq etmək.
  • Əsas Risk Göstəricilərini (KRI) hazırlayıb, toplanmasını təmin etmək və Şirkətin Rəhbərliyinə dövrü hesabat vermək.
  • Proses sahibləri ilə birlikdə Risk və Nəzarət Öz-Qiymətləndirmələrini (RCSA) planlaşdırmaq və həyata keçirmək.
  • Müəyyən edilmiş risklərin müvafiq məlumatlandırılmasını təmin etmək və proses sahibləri ilə birlikdə Şirkətin digər hissələrində də oxşar risklərin qarşısını almaq üçün azaldıcı tədbirlərin həyata keçirilməsini təmin etmək.
  • Yeni Biznes Prosesslərin işlənilib hazırlnamasında müvafiq biznes şöbələrinə risklərin təyin edilməsində və azaldılması istiqmaətində dəstək vermək.
  • Keçirilmiş nəzarət tədbirləri haqqında hesabat hazırlayıb Rəhbərliyən təqdim etmək.
  • Risklərinin idarə edilməsi ilə bağlı razılaşdırılmış fəaliyyət planlarını izləmək, və yerinə yetirilməmiş fəaliyyət planları barədə Rəhbərliyə hesabat vermək.
  • Şirkət daxilində daxili nəzarət və risklər üzrə təlim və maarifləndirmə tədbirlərinin həyata keçirilməsini təmin etmək.

Lazımi təcrübə və keyfiyyətlər:

  • Ali təhsil;
  • Bank sistemində xüsusən hesablaşma, kartlar, dələduzluq əməliyyatların monitorinqi, ÇPP/TMM, və əməliyyat risk menecment sahələrinin birində ən azı 1 (bir) il iş təcrübəsinin olması;
  • Azərbaycan dilini mükəmməl bilmək, rus və ingilis dillərində sərbəst danışmaq və yazmaq qabiliyyəti;
  • Ofis proqramları ilə sərbəst işləmək bacarığı, xüsusən MS Excel;
  • Ünsiyyətçilik, komanda işi ilə bərabər müstəqil iş aparmaq bacarığı;
  • Detallara diqqət və araşdırma bacarıqları;
  • Öz üzərində işləmək və professional təlimlərə qoşulmaq istəyinin olması.

Arzu olunan təcrübə və bilik:

  • Maliyyə və ya iqtisadiyyat sahəsində təhsil arzu olunandır;
  • Prosessinq, odəniş sistemlərinin fəaliyyətinə aid biliklər;
  • Risklərin İdarə edilməsi, Dələduzluğa qarşı Mübarizə və ya ÇPP/TMM sahəsində Beynəlxalq sertifikatların olması (CFE, GARP, CAMS və sair);
  • Biznes proseslərin qrafik təsvirini müvafiq proqramlarda hazırlamaq bacarığı: MS VisioBizagi Modeler. 

Namizədlərdən CV-lərini “Risklərin İdarəedilməsi və Daxili Nəzarət üzrə Mütəxəssis” mövzusu ilə elektron poçt ünvanına göndərmək xahiş olunur. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər