18 C
Baku
Saturday, June 14, 2025

Risklərin idarəedilməsi və Komplayens şöbəsinin müdiri – Milli Depozit Mərkəzi

0
Risklərin idarəedilməsi və Komplayens şöbəsinin müdiri – Milli Depozit Mərkəzi
Bakı
11.06.2025

Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə Risklərin idarəedilməsi və Komplayens şöbəsinin müdiri tələb olunur!

Namizədə dair tələblər :

🔹   İqtisadiyyat və ya mühasibatlıq ixtisası üzrə ali təhsil
🔹   Ali təhsil
🔹   İqtisadi yönümlü ali təhsil
🔹   Azərbaycan və xarici dil biliyi (ingilis, rus dilləri)
🔹   Microsoft Office proqramlarında işləmə bacarığı
🔹   Risklərin idarə edilməsi, komplayns və ya audit sahəsində iş təcrübəsi
🔹   Mülki Məcəllə, Vergi məcəlləsi, Qiymətli kağızlar bazarı, Maliyyə monitorinqi, mühasibatlıq üzrə müvafiq qanunvericilikdən məlumatlı olmaq
🔹   Analitik düşüncə tərzi
🔹   Təşəbbüskarıq
🔹   Səliqəlilik və dəqiqlik
🔹   Kollektivdə işləmək bacarığı

Vəzifə öhdəlikləri:

🔹   Qiymətli kağızlarla bağlı əməliyyatlar üzrə risk amillərinin müəyyən edilməsi və bu amillər üzrə dövrü yoxlamaların aparılması
🔹   Risklərin aşkarlanması və risk iştahının müəyyən edilməsi
🔹   Risklər üzrə hesabatlığın təşkili, o cümlədən, yoxlamalar zamanı aşkar edilmiş şübhəli əməliyyatlar üzrə hesabatların hazırlanması, nöqsan və çatışmazlıq barədə müvafiq struktur vahidlərinin məlumatlandırılması
🔹   Risklərin müəyyənləşdirilməsi məqsədilə təsnifləşdirilməsi, risk xəritəsinin tərtib edilməsi və aşkar edilmiş risklərin reyestrinin aparılması
🔹   Təşkilat daxilində aparılan hər növ əməliyyat və idarəetmə sistemlərinin təhlili, lazımi tədbir və tövsiyələrin verilməsi
🔹   Riskə cavab tədbirlərinin görülməsi
🔹   Şöbənin işinə aid olan normativ hüquqi sənədlərin MDM-in digər struktur bölmələri ilə birgə hazırlanması;
🔹   MDM-nin ƏL/TMM üzrə daxili qayda, prosedur və nəzarət mexanizmlərinin layihələrinin, onlara əlavə və dəyişikliklər üzrə təkliflərin hazırlanması və müvafiq təsdiqdən sonra onların icrasının təşkil edilməsi
🔹   ƏL/TMM üzrə siyasət və daxili qaydalara müvafiq olaraq bu bölməyə həvalə olunmuş vəzifələrin həyata keçirilməsi
🔹   Nəzarət orqanı və Maliyyə monitorinqi orqanı tərəfindən tələb edilən hesabat və məlumatların hazırlanıb təqdim edilməsi
🔹   MDM-nin ƏL/TMM üzrə siyasətinə əməl edilməsinə nəzarət edilməsi və iş prosesində siyasətdən kənarlaşma üzrə yaranan halların vaxtında müəyyənləşdirilməsi, lazımi addımların atılması
🔹   Şübhəli və qeyri-adi əməliyyatlar və hallar barədə təhlil hesabatının hazırlanması
🔹   ƏL/TMM sahəsi üzrə keçirilən daxili audit nəticələrinə uyğun olaraq verilmiş tövsiyələr əsasında, nöqsanların aradan qaldırılması üçün tədbirlər planının hazırlanması, razılaşdırılması və icrasının təmin edilməsi
🔹   Beynəlxalq kastodianlarla əməkdaşlıq proseslərinin həyata keçirilməsində iştirak edilməsi
🔹   Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində hüquqi aktların tələblərinə riayət edilməsi

Maraqlanan şəxslərdən [email protected] e-mail ünvanına CV anketini təqdim etməsi xahiş olunur.

Yalnız qısa siyahıya düşmüş namizədlərlə əlaqə saxlanılacaq.

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları