12 C
Baku
Sunday, September 29, 2024

Risklərin idarəolunması şöbəsinə məsləhətçi – İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

0
Risklərin idarəolunması şöbəsinə məsləhətçi – İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
20.06.2023

Vakansiyanın təsviri

  • Sığortanın tətbiqi zamanı bütün mərhələlərdə risklərin müəyyənləşdirilməsi, təhlili və nəzarət mexanizmlərinin tətbiqi;
  • Risklərin qiymətləndirilməsi və resursların proqnozlaşdırılmasına dair hesablama modellərinin hazırlanması, hesablama və proqnozlaşdırılmaların aparılması;
  • Risklərin idarəolunması (minimallaşdırılması və qarşısının alınması) ilə bağlı təkliflərin verilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlərə nazarət;
  • Aktuar hesablamalar aparmaqla sığorta haqlarının, həmçinin sığorta ehtiyatlarının hesablanması;
  • Əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
  • Biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədilə monitorinqlərin həyata keçirilməsi və təkliflərin verilməsi;
  • Mövcud risklər üzrə risk matrix və xəritələrinin hazırlanması və davamlı nəzarət prosesinin həyata keçirilməsi;
  • Risk reyestrinin hazırlanması, qiymətləndirilməsi və cavab tədbirlərinin müəyyənləşdirilməsi;
  • Xidmətlər zərfinin ölkənin sosial-iqtisadi, demoqrafik göstəriciləri və maliyyə resursları nəzərə alınaraq tarif və xidmət istiqamətli yenilənməsi təkliflərinin verilməsi;
  • Yarımillik risk hesabatlarının hazırlanması.

Xüsusi tələblər

 

  • Ali təhsil;
  • İqtisadi, maliyyə, riyazi, risklərin idarə olunması və statistik sahədə bilik və bacarıqlar;
  • Risklərin idarəolunması sahəsində minumum 1 illik iş təcrübəsi;
  • Yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarığı;
  • Xarici dil biliyi (xüsusilə ingilis dili);
  • Analitik düşüncə, hesabatların, təqdimatların hazırlanması bacarıqları;
  • Ofis proqramları üzrə biliklər.
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaSığorta