15 C
Baku
Sunday, November 24, 2024

Risklərin idarəolunması üzrə baş mütəxəssis – PAŞA Sığorta

0
18.06.2019

“PAŞA Sığorta” ASC namizədləri “Risklərin idarəolunması üzrə baş mütəxəssis” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

– Şirkətin fəaliyyətinin risk limitlərinə uyğunluğunun təhlilini aparır və yayınmalar barədə məlumat verir;
– Daxili qaydalara əsasən risklərin dəyərləndirilməsi və cavab strategiyasının seçilməsi prosesini icra edir;
– Mövcud nəzarət mexanizmlərinin effektivliyinin qiymətləndirilməsi üçün periodik təhlillər aparır, aşkarlanan uyğunsuzluqların aradan qaldırılması üçün təkliflərlə çıxış edir;
– İnsidentlərin və dəyişiklik sorğularının idarəolunması prosesinə nəzarəti həyata keçirir;
– Müstəqil araşdırmalar aparır və nəticələri ilə bağlı hesabatlar hazırlayır;
– İstiqaməti üzrə daxili qayda və prosedurları formalaşdırır və yeniləyir;
– İstiqaməti üzrə daxili təlimlərin keçirilməsində iştirak edir.

Bilik və bacarıqlar:

– Biznesin idarəolunması, iqtisadiyyat, mühasibatlıq, maliyyə, riyaziyyat istiqaməti üzrə ali təhsil;
– 3 il risklərin idarəolunması, audit, daxili nəzarət sahəsində iş təcrübəsi;
– MS Excel, Visio üzrə peşəkar səviyyədə biliklər;
– Azərbaycan və ingilis dillərinin sərbəst istifadə etmək bacarığı, rus dilinin işlək səviyyədə olması;
– CIA və ya ARM imtahanlarında uğurlu nəticə göstərmiş namizədlərə üstünlük verilir;
– Güclü analitik təfəkkür;
– Danışıqların aparılması/ünsiyyət qurma bacarığı;
– Problemlərin effektiv həll edilməsi bacarığı;
– Stressə davamlılıq.

Son müraciət tarixi: 30 iyun, 2019.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.