Risklərin idarə olunması və keyfiyyətə nəzarət üzrə baş mütəxəssis – Azericard

    Bakı
    Posted 2 months ago

    Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal hazırda aktiv olan vakansiya: Risklərin idarə olunması və keyfiyyətə nəzarət üzrə baş mütəxəssis (İT yönümlü).

    Vəzifə öhdəlikləri:

    • Şirkət üzrə mövcud və potensial risklərin araşdırılması və vaxtında müəyyən edilməsi;
    • Risk insidentləri üzrə səbəb təhlillərinin aparılması və uyğun nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi;
    • Biznes proseslərinin İT risklərə məruz qalma dərəcəsinin müəyyən edilməsi, ölçülməsi və monitorinqi;
    • İT risklərinin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanması, dəstəklənməsi və onların yerinə yetirilməsinə nəzarət;
    • Dəyişikliyin idarə olunması prosesində iştirak;
    • Biznes prosesləri üzrə əməliyyat risklərinin təhlili və dəyişiklik təkliflərinin hazırlanılması;
    • Müəssisədə risklərin idarə edilməsi proqramının İT risk komponentinin icra edilməsi;
    • Maliyyə və qeyri-maliyyə riskləri üzrə reyestr, əsas risk indikatorları və risk xəritəsinin hazırlanması, onların mütəmadi olaraq nəzərdən keçirilməsi;
    • Keyfiyyətə Nəzarət Planının icrasına nəzarət;
    • İş prosesində keyfiyyətin idarə edilməsi üzrə işlərin və uyğunsuzluqların uçotunun aparılması və hesabatların tərtib olunması.

    Tələblər:

    • İş təcrübəsi: Risklərin idarə edilməsi, keyfiyyətə nəzarət İT risklərinin idarə edilməsi, İT təhlükəsizlik və ya İT sahəsi üzrə ən azı 2 il iş təcrübəsi tələb olunur;
    • Təhsil: ali təhsil (iqtisadi, informasiya texnologiyaları və ya tətbiqi riyaziyyat ixtisası üzrə);
    • Dil bilikləri: Azərbaycan dili – əla, Rus dili mütləqdir, İngilis dili arzuolunandır;
    • Üstünlüklər: İT risk, audit sahələrində təcrübə və sertifikatlara üstünlük verilir;
    • Komputer və şəbəkə təhlükəsizliyi, Əsas şəbəkə servisəlrini anlamaq
    • Proqram təminatlarının, tətbiqlərin hazırlanma prinsipləri barədə baza biliklər.

    Namizədlərdən CV-lərini “Risklərin idarə olunması və keyfiyyətə nəzarət üzrə baş mütəxəssis” mövzusu ilə [email protected] ünvanına göndərmək xahiş olunur.

    Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

    Job Features

    Job CategoryDigər şirkətlər

    Apply Online


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.