7 C
Baku
Sunday, January 29, 2023

Şəbəkənin və sistemlərin idarəedilməsi şöbəsinin Aparıcı mütəxəssisi – Ateshgah Sigorta

0
Şəbəkənin və sistemlərin idarəedilməsi şöbəsinin Aparıcı mütəxəssisi – Ateshgah Sigorta
Bakı
09.08.2021

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ birləşərək “Atəşgah” Sığora Qrupunu yaratmışlar.

Hörmətli namizəd!

İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!

Şəbəkənin və sistemlərin idarəedilməsi şöbəsinin Aparıcı mütəxəssisi

Namizədə tələblər

• Yaş: 25-40
• Təhsil: Ali və ya orta texniki
• İş təcrübəsi: qeyd olunan vəzifə üzrə minimum 3 il
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili(əla) və əlavə olaraq İngilis dili (arzuolunandır)

Texniki biliklər:

• MS Office (2010, 2016) proqram təminatının və Windows əməlliyat sistemlərinin (7, 8, 8.1, 10) administrator səviyyəsində bilmək.
• Sadə LAN şəbəkələrin qurulması, Marşrutlanma avadanlıqlarının (Routers) , Paylayıcıların (Switches) və WIFI avadanlıqlarının (Access Points) iş prinsipinin bilməsi, quraşdırılması və sazlanması,. İP adresslərin hesablanması və paylanması.
• Windows Server 2012r2/2016 və əsas rolları üzrə biliklər (Active Directory, Group Policy, DNS, DHCP, Fileserver, Print server, IIS, WSUS)
• Server avadanlıqlarla işləmə bacarığı, Storage-lərin idarə olunması, RAID-lər üzrə biliklər.
• Microsoft Exchange server üzrə biliklər.
• Virtualizasiya üzrə biliklər (VMWare, Hyper-V).
• Virtual mühütün backup olunması (Veeam Backup, Symantec Backup) üzrə biliklər.
• IP telefoniya (3CX Phone) üzrə və mobil avadanlıqlarla (GSM gateway) iş təcrübəsi arzuolunandır.
• Sənəd dövriyyəsi (Wss-docs) və İT ticket sistemləri (ManageEngine ServiceDesk) üzrə iş təcrübəsi arzuolunandır.

Şəxsi keyfiyyətlər

• Analitik təhlil və operativlik bacarığı
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

Əsas vəzifə öhdəlikləri

• Aparıcı mütəxəssisin vəzifə öhdəlikləri aşağıdakılardır:
• Əməkdaşların IT avadanlıqlar və proqram təminatı ilə əlaqədar olaraq dəstəyi, müşayiəti, məlumatlandırılması və konsultasiyasını həyata keçirmək;
• Əməkdaşlara nasazlıqların aradan qaldırılmasında operativ dəstək göstərmək, xətaları aşkarlamaq, məhdudlaşdırmaq və aradan qaldırılmaq;
• “Service Desk” sistemi üzərindən istifadəçi müraciətlərinin qəbulu, işlənilməsi və müraciətlərin həll prosesinə nəzarəti həyata keçirmək;
• Şirkət təlabatlarının maksimal dərəcədə ödənilməsi üçün zəruri olan proqram təminatının seçilməsində kömək göstərmək;
• Rəhbərlik tərəfindən təsdiqlənmiş proqram və proqram vasitələrinin qurulması/sazlanması üzrə işləri aparmaq;
• Əməkdaşlar üçün iş yerlərinin yaradılmasını və yerdəyişmələri həyata keçirmək;
• Şirkətə məxsus stasionar kompyuter, noutbuk və android/IOS platformalı qurğuları sazlamaq, kompyuter və çap maşınlarında nasazlıqları aşkar etmək və aradan qaldırmaq;
• Lisenziyalı proqram təminatının qeydiyyatını aparmaq;
• Əməkdaşların IT sahəsinə aid ümumi suallarını cavablandırmaq;
• Birbaşa rəhbərlərin verdiyi xidməti tapşırıqları, göstərişləri keyfiyyətli və vaxtında yerinə yetirmək.

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 – 17:30
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Sabit əmək haqqı sınaq müddətində 1000 – 1100 AZN
• Sınaq müddətindən sonra 1100 – 1200 AZN

Məlumatlandırıcı qeydlər

• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
• CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
• Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
• İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
• CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Şəbəkənin və sistemlərin idarəedilməsi şöbəsinin mütəxəssisi qeyd etmələri xahiş olunur

 

İşin aid olduğu sahə

KateqoriyaSığorta
X