Bakı
01.02.2023
Vakansiyanın təsviri
- Şəbəkə əməliyyat mərkəzində müxtəlif alətlər dəstindən daxil olan həyəcan siqnallarının və bədbəxt hadisələrin çeşidlənməsi və yoxlanılmasının həyata keçirilməsi;
- Həyəcan siqnallarının araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün müvafiq komandaya bildirilməsi;
- Şəbəkə əməliyyat mərkəzi tərəfindən idarə olunan təhlükəsizliyə nəzarət mexanizmləri vasitəsilə təsdiqlənmiş mexaniki, ssenariləşdiriliş və ya avtomatlaşdırılmış yumşaltma tədbirlərinin həyata keçirilməsi;
- Göstəriş əsasında yumşaltma və islahedici tədbirlərə yardımın göstərilməsi;
- İşlərin idarə olunması alətində işlərin emal edilərək yekunlaşdırılması;
- Şəbəkə əməliyyat mərkəzinin tərəfindən yekunlaşdırılmış əsas işlər üçün hadisə sonrası təhlilin aparılmasında iştirak;
- Şəbəkənin müdafiə sistemləri, müdaxilələrin aşkar edilməsi və qarşısının alınması sistemləri, VPN, veb tətbiqlərinin müdafiə sistemləri və bir sıra digər təhlükəsizlik məhsullarının trafik və qeydiyyat jurnalının monitorinqi;
- Effektiv TCP/IP şəbəkə bacarıqlarından istifadə edərək ümumi şəbəkə problemlərini təcrid etmək və diaqnoz qoymaq üçün şəbəkə nasazlıqlarının aşkarlanması və aradan qaldırılması;
- Telefon və digər elektron vasitələrlə qəbul edilmiş idarə edilən xidmətlərlə bağlı texniki yardım barədə sorğuların cavablandırılması ;
- Konfiqurasiya, texniki istismar, bədbəxt hadisələrin idarə olunması və digər məsələlərlə bağlı sorğuların vaxtında cavablandırılması (rəsmiləşdirilmiş xidmət səviyyəsi haqqında müqavilə çərçivəsində);
- Şirkət daxilində və müştərilərlə effektiv məlumat mübadiləsi aparmaq üçün “PAŞA Technology” MMC-nin sorğuların yönləndirilməsi sistemində tədbirlərin sənədləşdirilməsi;
- Müştərilərin idarə olunan cihazları vasitəsilə şəbəkə və ya bulud resurslarına çıxışla bağlı ehtiyaclarının qarşılanması və suallarının cavablandırılması;
- Müəyyən edilmiş siyasət, prosedur və təhlükəsizlik prosedurlarına əməl edilməsi;
- Problemlərin müstəqil şəkildə həll edilməsi və məruzə prosedurlarının başa düşülməsi;
- İnfrastruktur nasazlıqlarının aradan qaldırılması;
- Kondisioner, UPS, generatorlar, enerji istehlakı, sağlamlıq, təhlükəsizlik və inzibatitəsərrüfat fəaliyyəti üzrə cari yoxlanışların monitorinqi və idarə olunması yolu ilə avadanlıqların texniki xidmətinin həyata keçirilməsi;
- Kolokasiya, müştəri üçün ehtiyat surətlərin yaradılması şəbəkəsi və internet xidməti provayderi xidmətləri üçün 1-ci səviyyəli yardımın göstərilməsi;
- İş rejimi: Növbəli iş rejimi
Xüsusi tələblər
- Mühəndislik və ya Texniki sahə üzrə Ali təhsil.
- Texnologiya sahəsində fəaliyyət göstərən şirkətlər tərəfindən verilmiş əlavə sertifikatların olması üstünlükdür; Təcrübə və bacarıqlar
- Texniki dəstək və ya bənzər rol üzrə minimum 2 il iş təcrübəsi arzu olunandır;
- Şəbəkə diaqnostikası bacarıqları arzu olunandır;
- “Linux” əməliyyat sisteminin əmr sətri interfeysi üzrə əsas bacarıqlar;
- “Windows” əməliyyat sistemi üzrə əsas bacarıqlar;
- Gərgin fəaliyyət göstərən komandada effektiv çalışmaq, tez öyrənmək və bir çox problemi həll etməyi bacarmaq;
- Güclü analitik bacarıqlar, müxtəlif mənbələrin məlumatlarını müqayisə etmək və şərh etmək qabiliyyəti;
- Biliyini artırmaq və özünü inkişaf etdirmək arzusu;
- Gündəlik əməliyyatlarda dürüst olmaq:
- Əməliyyatların keyfiyyətini təmin etmək;
- Qurum daxilində, həmkarlar, təchizatçılar və tərəfdaşlarla sıx əməkdaşlıq prinsiplərinə əməl etmək. • İnsanlarla təbii və effektiv şəkildə ünsiyyət qurmaq.
- Kompütür Bilikləri “Microsoft Office” proqramlarından istifadə bacarıqları;
- Data Mərkəzləri mühiti və “Tier” standartları üzrə biliyin olması arzu olunandır;
- Bulud modelləri və bulud təhlükəsizliyi üzrə bilik;
- İngilis dili – Yaxşı
- Azərbaycan dili – Ana dili
- Rus dili – Yaxşı
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | İT |