11 C
Baku
Monday, November 25, 2024

Şəbəkə administratoru – Xalq Sığorta

0
Şəbəkə administratoru – Xalq Sığorta
16.07.2019

Vəzifə:   Şəbəkə administratoru
İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
İş yeri: Bakı

Namizədə dair tələblər:
• Ali texniki təhsil;
• Müvafiq sahədə minumum 2 il iş təcrübəsi (Sığorta sahəsi üzrə arzuolunandır);
• Cisco ASA Firewall, Network Security, L3 Switch və Router-larla işləmək bacarığı – CCNP sertifikatı olanlara üstünlük veriləcək;
• IP Telephony və Cisco Wifi qurğuların konfiqurasiyası; 
• Komandada işləmək bacarığı və məsuliyyətlilik;
• Rus və ingilis dilini bilənə üstünlük veriləcək;

Vəzifə öhdəlikləri:
• Şəbəkə avadanlıqlarının quraşdırılmasını optimal şəkildə həyata keçirməli.
• Lazımi şəbəkə dəyişikliklərini, gələcək şəbəkə ehtiyaclarını və planlarını müəyyən etmək üçün digər bölmələr ilə yaxından işləməli.
• Şəbəkə avadanlıqları və proqram təminatınn fasiləsiz fəaliyyətini təşkil və təmin etmək
• Müasir tələblərə uyğun backup texnologiyalarını tətbiq etməklə şəbəkə avadanlıqıarının və proqram təminatlarının sazlamalarının etibarlı rezerv olunmasını təmin etmək
• Şəbəkə resurslarının istifadəsinə nəzarət etmək.
• Şəbəkə dizaynını tərtib etməli, texniki tapşırıqların şəbəkə ilə əlaqədar hissəsini konkret avadanlıq siyahısına çevirməyi bacarmalı.
• Nasaz şəbəkə avadanlıqlarının təmiri və yenisinin bərpası üçün aktların hazırlanması;
• Şəbəkə infrasturkturu üçün texniki səndələşmənin təşkili və sistemdə edilən dəyişikliklərin qeydiyatının aparılması
• Şəbəkə avadanlıqlarının sazlamalarını həyata keçirməli.
• Şəbəkə avadanlığı və proqram təminatında baş verən bütün dəyişikliklər və nasazlıqlar barəsində rəhbərliyi məlumatlandırmaq
• İstifadəçilərin siyahısını, onların giriş və icazələrini öz rəhbərliyi və eyni zamanda digər şöbə rəhbərlikləri ilə razlaşdırmaq
• Şəbəkə avadanlıqlarının modernizasiyası ,yeni avadanlıqların və proqram təminatının alınması üçün təkliflərin hazırlanması
• Yeni şəbəkə avadanlıqlarının sınaqdan keçirilməsi və dəyişikliklərin edilməsi üçün istifadə olunan metod və vasitələrin hazırlamalı.
• Məsul olduğu sistemləri təşkil edən texnoloji elementlərin yeniləmələrini həyata keçirməli, texnoloji yenilikləri araşdırmalı və mümkün olduğu qədər tətbiq etməli.
• Məsuliyyəti altında olan sistemlərin loqlarının və monitorinqinin daimi və düzgün şəkildə aparılmasını təmin etməli və bu prosesi nəzarətdə saxlamalıdır.
• Daimi şəbəkə problemlərini aradan qaldırmalı və şəbəkə bağlantısı problemlərini həll etməli.
• Mövcud şəbəkə strukturunu təhlil etməli və şəbəkənin daha səmərəli olmasına dair əhatəli hesabatları birbaşa rəhbərliyə təqdim etməli.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Şəbəkə administratoru) qeyd edərək,  [email protected]  elektron ünvanına göndərilməsi xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaSığorta