11 C
Baku
Tuesday, November 5, 2024

Şəbəkə inzibatçılığı üzrə mütəxəssis – DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi

0
Şəbəkə inzibatçılığı üzrə mütəxəssis – DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi
Bakı
20.12.2023

İŞ BARƏDƏ MƏLUMAT

“DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların informasiya-kommunikasiya məsələlərinin vahid şəkildə idarə edilməsi, Nazirliyin informasiya texnologiyaları siyasətinin müəyyənləşdirilməsi, dövlət və qeyri-dövlət qurumlarının informasiya bazaları ilə qarşılıqlı inteqrasiyanın, habelə elektron xidmətlərin təşkili və dayanıqlılığının təmin olunması, informasiya sistemlərinə peşəkar dəstəyin göstərilməsi və inkişaf etdirilməsi, informasiya sistemlərinin səmərəli və təhlükəsiz işinin təmin edilməsi və bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətlərində fəaliyyət göstərir.

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində çalışmağın üstünlükləri:

  • informasiya texnologiyaları sahəsində peşəkar kollektivdə çalışmaq imkanı;
  • karyera irəliləyişlərində yaradılan imkanlar;
  • daxili və xarici təlimlərdə iştirak;
  • beynəlxalq sertifikatların əldə edilməsi üçün imkanların yaradılması;
  • Mərkəzdaxili aktiv sosial həyat.

VƏZİFƏ: Şəbəkə inzibatçılığı üzrə mütəxəssis

VƏZİFƏ FUNKSİYALARI: 

  • lokal (LAN) ve qlobal (WAN) şəbəkələrinə çıxışın təmin olunmasında iştirak etmək;
  • şəbəkə avadanlığının sıradan çıxması və ya nasazlığı halında sistemin bərpa edilməsində iştirak etmək;
  • şəbəkənin və şəbəkə əsasında təşkil olunan xidmətlərə nəzarət olunmasında iştirak etmək;
  • infrastrukturun təkmilləşdirilməsi üçün təkliflər hazırlamaq;
  • şəbəkənin təhlükəsizliyini və şəbəkə daxili məlumat mübadiləsinin təhlükəsizliyinin təmin olunmasında iştirak etmək;
  • yeni texnologiyaları mütəmadi izləmək və müasir şəbəkə həlləri haqqında yeni məlumatları əldə etmək;
  • bütün şəbəkə infrastrukturunda software ve hardware yeniliklərinin testdən keçirilməsində iştirak etmək;
  • planlaşdırılmış mütəmadi proflaktik işlərin həyata keçirilməsində iştirak etmək;
  • Şöbəyə daxil olan məktub, sorğu və müraciətlərə nəzərdə tutulmuş qaydada baxılmasını və zəruri tədbirlərin görülməsini təmin etmək;
  • struktur bölmənin fəaliyyəti üzrə tapşırılan digər vəzifələri yerinə yetirmək.

VƏZİFƏNİN TUTULMASINA DAİR TƏLƏBLƏR:

  • Ali təhsil;
  • RIP, OSPF, BGP, TCP IP, ACL, STP, LACP, VRF, QoS, SLA, IPSec, DMVPN bilikləri;
  • Şəbəkə inzibatçılığı sahəsində müvafiq rolda 1 ildən artıq təcrübə, bu sahədə zəruri nəzəri biliklərə malik olmaq;
  • Analitik düşüncə və kommunikasiya bacarıqları;
  • Təşkilat daxilində və partnyor təşkilatların texniki və qeyri-texniki işçiləri ilə işləmək bacarığı;
  • Əməliyyat sistemləri, Bulud və lokal sistemlər, monitorinq və nəzarət üzrə proqram təminatları, intellektual şəbəkələr, kibertəhlükəsizlik nəzarətləri, informasiya texnologiyaları üzrə beynəlxalq standartlar və nəzarət çərçivələri bilməli;
  • Razılaşdırılmış sərhədlər çərçivəsində öz təşəbbüsü ilə işləmək bacarığı;
  • Ziddiyyətli prioritetlər idarə etmək bacarığı.

VƏZİFƏYƏ DAİR TƏLƏB EDİLƏN ŞƏXSİ KEYFİYYƏTLƏR VƏ BACARIQLAR:

  • məsuliyyətlilik;
  • etibarlılıq və dürüstlük;
  • inkişafa yönümlü və innovativlik;
  • operativlik və çeviklik;
  • təşəbbüskarlıq və təşkilatçılıq;
  • analitik düşünmə;
  • komanda işi;
  • nəticəyə hədəfli.

Göstərilən tələblərə cavab verən namizədlərdən müraciətin mövzu hissəsinə “Şəbəkə inzibatçılığı üzrə mütəxəssis” üzrə mütəxəssis qeyd etməklə CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları, İT