21.01.2022
Vəzifə funksiyaları:
- LAN/WAN şəbəkəsi və İT infrastrukturunun dizaynı, quraşdırılması və yaranan problemlərin aradan qaldırılması;
- Şəbəkə avadanlıqlarının (Cisco router, switch, və s.) funksionallığının maksimum səviyyədə artırılması, təhlükəsizlik üçün ətraflı icra planlarının hazırlanması;
- Router, Switch və Fierwall-ların Agentliyin təhlükəsizlik standartlarına uyğun olaraq konfiqurasiya edilməsi;
Şəbəkə problemlərinin müəyyən edilərək həll edilməsi; - Monitorinq sistemi vasitəsilə infrastruktur elementlərinin konfiqurasiyası və monitorinqinin aparılması;
- Şəbəkənin yüklənilməsi və trafikin optimallaşdırılması;
- Avadanlıq və proqram təminatı sistemləri, o cümlədən yeni sistemlərin quraşdırılması və sənədləşdirilməsi;
- İT prosedurları və siyasəti çərçivəsində digər öhdəliklərin icra edilməsi.
Vəzifənin tutulmasına dair tələblər:
- Ali təhsil (Müvafiq sahə üzrə olmağı üstünlükdür);
- Şəbəkələrin idarə olunması sahəsində ən az 3 il iş təcrübəsi;
- “Microsoft Office” proqramları (yaxşı səviyyədə);
- VPN texnologiyaları ilə iş bacarığı (DMVPN, İPSec, RA VPN);
- Firewallarla iş təcrübəsi (Cisco ASA, Palo Alto);
- Müxtəlif istehsalçıların şəbəkə avadanlıqları ilə işləmək qabiliyyəti;
- LAN/WAN texnologiyaları üzrə mükəmməl bilik;
- Cisco (Router, Switch və Fierwall, Volp) avadanlıqları üzrə konfiqurasiya, sazlanma və quraşdırılma üzrə iş təcrübəsi (CCNA/CCNP sertifikatı).
Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:
- Məsuliyyətlilik;
- Problem həlletmə bacarığı;
- İnkişaf yönümlü və innovativlik;
- Operativlik, çeviklik;
- Təşəbbüskarlıq;
- Nəticəyə hədəfli;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Şəbəkə inzibatçısı” qeyd etməklə göndərmələri xahiş olunur.
Həmçinin CV-lərinizi https://www.cvyarat.az/ platformasında da yaradaraq göstərilən vakansiyaya müraciət edə bilərsiniz.
İşin aid olduğu sahə
Kateqoriya | Dövlət qurumları, İT |