9 C
Baku
Thursday, December 12, 2024

Səfər sığortası üzrə kiçik mütəxəssis – PASHA Insurance

0
Səfər sığortası üzrə kiçik mütəxəssis – PASHA Insurance
Bakı
24.07.2023

Vəzifə və öhdəliklər:

  • İş günü ərzində müştərilərə səfər sığortası üzrə məsləhət xidmətinin göstərilməsi, sığorta proqramı ilə bağlı məsləhətlərin verilməsi
  • Korporativ müştərilərdən səfər sığortası ilə bağlı daxil olan sifarişlərin təhlili və səfər sığortası üzrə şəhadətnamələrin buraxılmasının təmin edilməsi;
  • Səfər sığortası üzrə şəhadətnamələrin buraxılması prosesində ProTech bazası vasitəsilə nəzarət və buraxılmış bütün şəhadətnamələrin yoxlanılması;
  • Səfər sığortası üzrə müvafiq hesabatlığın hazırlanması və rəhbərliyə təqdim olunması (dövri sığorta/ təkrarsığorta satış və zərər hesabatları)
  • Səfər sığortası üzrə baş vermiş sığorta hadisələrinin tənzimlənməsi prosesi zamanı müştəri ilə əlaqə yaradılması, həmçinin sığorta hadisəsinin tənzimlənməsi prosesində təkrarsığortaçı ilə danışıqların aparılması;
  • Rəhbərlik tərəfindən müəyyən olunmuş müqavilələr üzrə cari zərərlik əmsalına nəzarət, proqnoz olunmuş zərərlik əmsalının cari zərərliklə müqayisəsi, həmin müqavilələr üzrə rübdə 1 dəfədən az olmayaraq hesabatların təqdim olunması;
  • Səfər sığortası üzrə sənəd bazasının yaradılması (müqavilələr, şəhadətnamələr, sliplər və müqaviləyə əlavələr) və mütamadi yenilənməsi işində departament rəhbərliyinə kömək;

Biliklər:

  • Ali təhsil;
  • Komyuter bilikləri: Microsoft Office proqram təminatı paketi üzrə əsas biliklər;
  • Dil bilikləri: Azərbaycan və rus dillərini sərbəst bilmək, ingilis dilində baza danışıq bacarığı arzu olunandır.

Təcrübə:

  • Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır.

Bacarıqlar:

  • Ünsiyyət qurmaq bacarığı;
  • Qeyri standart vəziyyətə  cəld reaksiya vermək.

Son müraciət tarixi: 31.08. 2023

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi göndərin. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaSığorta