-1 C
Baku
Friday, February 21, 2025

Səhiyyə iqtisadiyyatı şöbəsi aparıcı məsləhətçi – İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

0
Səhiyyə iqtisadiyyatı şöbəsi aparıcı məsləhətçi – İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Bakı
18.02.2025

Vakansiyanın təsviri

  • Göstərilən tibbi xidmətlərin analitik təhlillərinin aparılması, proseslərin, xərclərin optimallaşdırılması istiqamətində təkliflərin verilməsi;
  • İcbari tibbi sığortanın tətbiqi və səhiyyənin maliyyələşməsinin təkmilləşdirilməsi istiqamətində analitik sənədlər hazırlamaq, qiymətləndirmələr aparmaq və təkliflər vermək;
  • Ölkənin sosial-iqtisadi və demoqrafik göstəriciləri üzrə təhlillər aparmaq, icbari tibbi sığortanın daha effektiv tətbiqi və inkişafı üçün istiqamətlərin müəyyən edilməsinə dair təkliflər hazırlamaq;
  • İcbari tibbi sığortanın iqtisadi əsaslarına dair məlumatları təhlil etmək və bu sahə üzrə iqtisadi potensialın gücləndirilməsi üçün təkliflər vermək;
  • Səhiyyə xidmətlərinin bütün səviyyələri üzrə riyazi və statistik analizlərin aparılması;
  • Tibbi-iqtisadi hesablama modellərinin hazırlanması;
  • Əsas fəaliyyət göstəricilərinin hesablanması və təhlili;
  • Tibbi xidmətlərə tələbin hesablanması, tibb müəssisələrində potensialın dəyərləndirilməsi və səmərəlilik təhlili.

Xüsusi tələblər

  • Təhsil: Ali təhsil (iqtisadiyyat sahələri üzrə);
  • Təcrübə: Iqtisadi, analitik, modelləşdirmə, tibbi istiqamətdə ən azı 3 illik iş təcrübəsi;
  • Texniki biliklər: Microsoft Office proqramları üzrə yaxşı səviyyədə biliklər;
  • Şəxsi bacarıqlar: Təşəbbüskar, komandada işləmə, vaxtın idarə edilməsi və analitik təhlil bacarıqları;
  • Dil bilikləri: Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, yaxşı səviyyədə ingilis dili biliyi.
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaSığorta