10 C
Baku
Wednesday, March 12, 2025

Səhiyyə iqtisadiyyatı şöbəsinin kiçik mütəxəssis / mütəxəssis – İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

0
Səhiyyə iqtisadiyyatı şöbəsinin kiçik mütəxəssis / mütəxəssis – İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Bakı
12.03.2025

Vakansiyanın təsviri

  • Göstərilən tibbi xidmətlərin analitik təhlillərinin aparılması, proseslərin, xərclərin optimallaşdırılması istiqamətində təkliflərin verilməsi;
  • İcbari tibbi sığortanın tətbiqi və səhiyyənin maliyyələşməsinin təkmilləşdirilməsi istiqamətində analitik sənədlər hazırlamaq, qiymətləndirmələr aparmaq və təkliflər vermək;
  • Ölkənin sosial-iqtisadi və demoqrafik göstəriciləri üzrə təhlillər aparmaq, icbari tibbi sığortanın daha effektiv tətbiqi və inkişafı üçün istiqamətlərin müəyyən edilməsinə dair təkliflər hazırlamaq;
  • İcbari tibbi sığortanın iqtisadi əsaslarına dair məlumatları təhlil etmək və bu sahə üzrə iqtisadi potensialın gücləndirilməsi üçün təkliflər vermək;
  • Səhiyyə xidmətlərinin bütün səviyyələri üzrə riyazi və statistik analizlərin aparılması;
  • Tibbi xidmətlərə tələbin hesablanması, tibb müəssisələrində potensialın dəyərləndirilməsi və səmərəlilik təhlili.
  • İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);
  • İş yeri: Bakı şəhəri, Begoc Biznes Mərkəzi;

Xüsusi tələblər

  • Təhsil: Ali təhsil (iqtisadiyyat, ekonometrika sahələri üzrə);
  • Təcrübə: İqtisadçı, analitik, modelləşdirmə sahələri üzrə minimum 1 il təcrübəsi olan (Tibb sektorunda (WHO, TƏBİB, Səhiyyə Nazirliyi, Özəl klinikalar və s.) təcrübə üstünlükdür);
  • Texniki biliklər: Excel, SPSS, STATA, EViews, R, Python proqramları üzrə yaxşı səviyyədə biliklər;
  • Şəxsi bacarıqlar: yüksək səviyyədə analitik təhlil, tədqiqat, təqdimat bacarıqları;
  • Dil bilikləri: Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, yaxşı səviyyədə ingilis dili biliyi.

Seçim mərhələləri:

  • Müraciətlərin nəzərdən keçirilməsi
  • Praktiki tapşırıq/test mərhələsi
  • Müsahibə

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 24 mart 2025;
  • Məktubun “mövzu” bölməsində müraciət etdiyiniz vəzifənin adı mütləq qeyd edilməlidir;
  • Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaSığorta