“Ziraat Bank Azərbaycan” Maliyyə Müsəssisələri ilə Əlaqələr Departamentinə Sənədli əməliyyatlar (Trade finance) üzrə Mütəxəssis/Aparıcı mütəxəssis vəzifələrinə işə dəvət edir
Vəzifəyə olan tələblər:
• Ali təhsil (iqtisadiyyat və maliyyə sahəsində ali təhsil arzu olunandır);
• Müvafiq sahədə 3 il iş təcrübəsi;
• Yüksək analitik qabiliyyət;
• Yüksək kommunikasiya bacarıqları;
• Biznes bankçılığı məhsulları haqqında məlumatlı olması;
• Mükkəmməl Azərbaycan dili və İngilis dili bilikləri (Türk və Rus dillərini də bilməsi arzu olunandır).
Əsas vəzifələr:
• Sənədli əməliyyatların (Akkreditiv, bank qarantiyası və b.) istifadəsi ilə bağlı yerli və beynəlxalq tərəfdaşlarla müxbir əlaqələrin qurulması;
• Sənədli əməliyyatların (Akkreditiv, bank qarantiyası və b.) beynəlxalq qarantiyalar və akkreditivlər üçün müştərilərdən daxil olan tələblər əsasında yerli və xarici banklarla danışıqlar apararaq müştəri və bank üçün ən uyğun həll variantının tapılması;
• Akkreditiv, bank qarantiyası məktublarının mətnlərinin hazırlanması, ödəniş üçün təqdim olunmuş sənədlərin yoxlanılması və ödənişinin həyata keçirilməsinin təmin edilməsi;
• Sənədli əməliyyatlar ilə bağlı digər lazımi işlərin görülməsi;
• Ticarətin maliyyələşdirilməsi əməliyyatları üzrə dövrü və operativ hesabatların hazırlanması və təqdim edilməsi;
• Sənədli əməliyyatlar (Akkreditiv, bank qarantiyası və b.) ilə bağlı Bankın xidmət strukturu əməkdaşlarına təlimlər vermək;
• Rəhbərlik tərəfindən tələb olunan digər hesabatların hazırlanması.
Göstərilən tələblərə cavab verən namizədlər Dekabr ayının 31-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Maliyyə” qeyd edilməsi vacibdir.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |