11 C
Baku
Wednesday, April 9, 2025

Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsi / Aparıcı məsləhətçi – Dövlət İmtahan Mərkəzi

0
Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsi / Aparıcı məsləhətçi – Dövlət İmtahan Mərkəzi
Bakı
07.02.2025

Vakansiyanın təsviri

  • Dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi, eləcə də müxtəlif təyinatlı digər imtahanların qanunvericilik üzrə proqramlarını hazırlamaq;
  • Yoxlama-ölçmə materiallarının işlənib-hazırlanmasına (müvafiq sahə üzrə) ekspertlər cəlb etmək, yoxlama-ölçmə materiallarının işlənib-hazırlanmasını təşkil etmək;
  • Mövcud olan test tapşırıqları banklarının mütəmadi olaraq təftişini təşkil etmək;
  • İxtisas və peşəkarlıq səviyyəsinə uyğun test tapşırıqlarının hazırlanmasında, test tapşırıqları bankının təftişində şəxsən iştirak etmək;
  • Test kitabçalarının məxfi şəraitdə hazırlanmasında və imtahanda istifadə olunacaq test tapşırıqlarının yekun ekspertizasında iştirak etmək;
  • Səlahiyyətləri daxilində sektora daxil olan mü¬raciətləri (o cümlədən apellyasiya müraciətlərini) araşdırmaq və cavablandırmaq;
  • Dövlət qulluğunun müxtəlif fəaliyyət sahələri üzrə tələb olunan funksional (texniki) səriştələrin müəyyən edilməsi və yoxlama alətlərinin hazırlanması üzrə layihələrdə iştirak etmək;
  • DİM-in keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak etmək (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.);
  • Rəhbərlik, şöbə müdiri və sektor müdiri tərəfindən verilmiş tapşırıqları icra etmək.

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: Hüquqşünaslıq ixtisası üzrə ali təhsil
  • İş stajına dair tələbi:  Tələb müəyyən edilmir
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternet (orta səviyyədə
  • Xarici dil biliklərinə dair tələblər:  Rus dili-B2; İngilis dili-B1
  • Xüsusi tələblər: Yoxlama-ölçmə materiallarının hazırlanması metodikası sahəsində nəzəri bilik və təcrübə,analitik düşüncə, planlaşdırma bacarığı, yaradıcılıq, çeviklik, stresədözümlülük, kommunikativ bacarıqlar, komanda və fərdi şəkildə işləmə bacarığı

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər “Kadr uçotunun şəxsi vərəqəsi”ni mövzu bölməsində “Funksional səriştələrin qiymətləndirilməsi sektorunda aparıcı məsləhətçi” qeyd olunmaqla [email protected] elektron poçt ünvanına 20 fevral 2025-ci il tarixinədək göndərə bilərlər.

Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər