“PAŞA Bank” ASC olaraq Özəl Bankçılıq Departamentinin Sərvətin İdarə Edilməsi üzrə Məhsul Sahibi kimi Sizi komandamıza dəvət edirik.
Bizimlə Siz əldə edəcəksiniz:
• Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
• Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
• Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
• Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
• Rahatlıq: Sərbəst geyim üslubu (rəsmi tədbirlər istisna)
İşiniz nədən ibarətdir?
• Ticarət planını digər cavabdeh tərəflərlə həyata keçirməyə kömək edəcək Özəl Bankçılıq məhsullarının yaradılması;
• Əsas tərəfdaşlar və məhsul sponsorları ilə əlaqənin qurulması;
• Məhsullar üçün istifadəçi hekayələrinin toplanması və təhlili;
• Məhsullar üçün qəbul meyarlarının yaradılması;
• Müştəri yol xəritəsinin və məhsul yol xəritəsinin hazırlanması;
• Məhsulların yaradılmasına görə məsuliyyət və yüksək müştəri məmnuniyyətinin təmin edilməsi;
• Yeni və mövcud məhsulların dəyərinin artırılması;
• Müştərilərə təqdim olunan özəl bank məhsullarının yüksək keyfiyyətinin təmin edilməsi;
• Orta və arxa ofis, çağrı mərkəzi və filiallar vasitəsilə özəl bankçılıq məhsullarının düzgün iş prinsipinin təmin edilməsi;
• Məhsul və xidmətlər üçün qiymət, tarif və ödəniş təkliflərinin verilməsi;
• Ümumi satış və məhsul strategiyasının inkişafının təmin edilməsi;
• Məhsul səviyyəsində kommersiya planlaşdırma və büdcələşdirmənin inkişaf etdirilməsi;
• Satış göstəricilərinin izlənilməsi və məhsula görə satış hədəflərinə çatmaq üçün lazımi tədbirlərin görülməsi;
• Cari iş fəaliyyətinin müntəzəm monitorinqi və analitik məqsədlər üçün lazımi məlumatların təqdim edilməsi;
• Müvafiq məlumatlara əsaslanaraq potensial dəyişikliyin müəyyən edilməsi;
• Bazar dəyişikliyi ilə əlaqədar profilaktik tədbirlərin görülməsi;
• Müvafiq şöbələrlə sıx əməkdaşlıq şəraitində məhsul səviyyəsində marketinq işlərinin idarə edilməsi;
• Digər şöbələr və maraqlı tərəflərlə səmərəli ünsiyyət və əməkdaşlıq prosesinin qurulması;
• Xarici təşkilatlar və digər tərəfdaş təşkilatlarla əlaqələrin inkişafı;
• Mövcud məhsul portfelinə yenidən baxılması və məhsul portfelini yeniləmək üçün trendlərin öyrənilməsi;
• Məlumatların məxfiliyini qorumaq və təmin etmək üçün bütün lazımi tədbirlərin görülməsi;
• Alternativ investisiya bankçılıq məhsullarının inkişafı ilə əlaqədar investisiya funksiyaları ilə əməkdaşlıq;
• Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək və iş prosesində yaranan risk faktorlarının vaxtında müəyyənləşdirib aradan qaldırılması;
Sizdən nə tələb olunur?
Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
İş təcrübəsi: 1-2 il
Lisenziya / Sertifikat: CFA 1
Xarici dillər: İngilis, Rus
Kompüter bilikləri: Microsoft Office
Məhsul üzrə biliklər: Bank məhsulları, Özəl Bankçılıq, Maliyyə
Bazar üzrə biliklər: Bank qanunvericiliyi, bazar tendensiyaları, maliyyə bazarları, maliyyə məhsulu və xidmətləri, sərvətin idarə edilməsi, maliyyə konsaltinqi haqqında anlayış
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi [email protected] ünvanına başlıqda “Sərvətin İdarə Edilməsi üzrə Məhsul Sahibi” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |