Bakı
18.05.2023
Əsas vəzifələri:
- Təsdiq edilmiş illik audit planına əsasən Bankın Müştəri xidməti strukturlarında kompleks auditin aparılması;
- Normativ-hüquqi aktların və bankdaxili qaydaların icra vəziyyətinin auditinin aparılması;
- Bankın monitorinq olunacaq kredit müştərilərinin risk əsaslı müəyyən edilməsi;
- Monitorinq olunacaq biznes kredit müştərilərinin bizneslərinə yerində baxışın keçirilməsi və müştərinin gəlirlərinin kredit verilməsinə uyğunluğunun müəyyənləşdirilməsi;
- Yoxlanılan struktur üzrə xərclərin effektivliyinin qiymətləndirilməsinin aparılması;
- Bank fəaliyyətində istifadə edilən beynəlxalq və korporativ idarəetmə standartlarının tətbiqini qiymətləndirilməsi;
- Yoxlanılan struktur üzrə daxili nəzarət sistemlərinin adekvatlığının qiymətləndirilməsi;
- Audit yoxlaması zamanı aşkar edilən risklərin idarə edilməsi işinin təhlil edilməsi və qiymətləndirilməsi;
- Audit yoxlaması zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə tövsiyyələrin və nəzarət sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;
Vəzifəyə olan tələblər:
- Ali təhsil (iqtisadi təhsilə üstünlük verilir) ;
- Daxili audit, kreditlərin monitorinqi, bank sahəsində risk idarəçiliyi və ya kənar audit sahələrində ən azı 2 illik iş təcrübəsi;
- Vətəndaş qüsursuzluğuna malik olma;
- Ezamiyyələrdə iştirak etmək imkanı;
Anketlərinizi e-mail ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən Mövzu hissəsinə “Daxili Audit departamentində Səyyar şöbənin aparıcı auditoru” yazmağı unutmayın. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Auditor |