27.11.2019
Yeni açılacaq Salyan filialına meneceri və satış məsləhətçiləri tələb olunur
Tələb olunan keyfiyyətlər:
- Ali təhsil;
- Bank sektorunda azı 2 (iki) il iş təcrübəsi, həmçinin idarəetmə təcrübəsi;
- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
- Analitik mühakimə etmək qabiliyyəti;
- İdarəetmə və liderlik qabiliyyəti;
- Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
Əsas vəzifə və öhdəliklər:
- Filiallarda kredit işçilərinin fəaliyyətinə, həmçinin onların nəzərdə tutulan və ya verilmiş kreditlərinə nəzarət etmək;
- Filiallar üzrə aparılan kreditvermə prosesi zamanı hədəflərə nail olmaq üçün Baş Ofisdən lazımi və zamanında dəstək göstərilməsini təmin etmək;
- Filiallar tərəfindən təqdim olunmuş hesabatları təhlil etmək və yekunlaşdırmaq;
- Hesabatların təhlili nəticələrini rəy və təkliflərlə birlikdə rəhbərliyə çatdırmaq, hesabatlardan irəli gələn müvafiq tədbirlərin yerinə yetirilməsini təmin etmək;
- Filialların müstəqil sənəd işləmə limitindən artıq olan kreditlər üçün yerdə baxış və təhlil prosesini həyata keçirmək;
- Öz səlahiyyətləri daxilində kreditvermə prosesinin təkmilləşdirilməsi üçün təkliflər vermək;
- Filiallarda kreditvermə prosesində iştirak edən işçilərə zəruri təlimlər keçmək;
CV-ləri Salyan üzrə filial meneceri / satış məsləhətçiləri mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi, Menecer |